Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Moskvada biznes tələsi – Elşad Mirbəşirli və vəkil aldadıldı
  • Hava niyə vaxtından tez soyudu? -SƏBƏB
  • Bu bürcə sahib olanlara PİS XƏBƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Subay olanların DİQQƏTİNƏ: bunun üçün nikah şərt deyil

Subay olanların DİQQƏTİNƏ: bunun üçün nikah şərt deyil

Cəmiyyət Gülnar Əliyeva12.08.2026 - 14:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bir sıra gənclər subay olduqları halda uşaq evindən uşaq götürərək onu himayələrinə almaq istəyirlər. Lakin belə hallarda övladlığa götürmə prosesi müəyyən hüquqi şərtlər və tələblər əsasında həyata keçirilir.

Subay şəxslərin uşaq evindən uşağı övladlığa götürməsi qanunla mümkündürmü və bunun üçün hansı tələblər yerinə yetirilməlidir?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı “Demokrat.az”a danışan vəkil Şəbnəm Tağıyeva bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın övladlığa götürülməsi üçün şəxsin nikahda olması məcburi şərt deyil:

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 121.1 və 121.2-ci maddələrində müəyyən edilmiş tələblərə cavab verən hər iki cinsdən olan şəxslər, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, övladlığa götürən ola bilərlər. Subay şəxslərə münasibətdə əsas tələblərdən biri yaşla bağlıdır. Ailə Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, ögey ata və ögey ana, habelə uşağın qanunda göstərilən qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları və onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslər üçün aşağı yaş həddi 30 yaşdır.

Bundan əlavə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, həmin istisnalar nəzərə alınmaqla, nikahda olmayan övladlığa götürən şəxslə övladlığa götürülən uşaq arasındakı yaş fərqi 18-dən az olmamalıdır. Məcəllənin 121.4-cü maddəsi isə məhkəmə tərəfindən üzrlü hesab edilən hallarda müvafiq yaş həddinin və yaş fərqinin azaldılmasına imkan verir.

Bununla yanaşı, valideyn-namizəd övladlığa götürən şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə də cavab verməlidir. Belə ki, Ailə Məcəlləsinin 120-ci maddəsi övladlığa götürmək hüququ olan şəxslərin dairəsini, eləcə də övladlığa götürən ola bilməyən şəxslərin tam siyahısını müəyyən edir. Bunlara, o cümlədən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifələri yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifəsindən kənarlaşdırılmış, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən, habelə həmin maddədə nəzərdə tutulan cinayət-hüquqi və gəlirlə bağlı məhdudiyyətlərin şamil olunduğu şəxslər daxildir. Eyni zamanda, övladlığa götürmək istəyən şəxs Ailə Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulan ümumi tələblərə cavab verməlidir. Məsələn, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, müəyyən hallarda qəyyum və ya himayəçi vəzifəsindən kənarlaşdırılmış şəxslər övladlığa götürən ola bilməzlər. Buraya, həmçinin, qanunda müəyyən edilmiş hallarda sağlamlıq vəziyyəti və gəlirləri, cinayət təqibi və məhkumluqla bağlı məhdudiyyətlər daxildir”.

Vəkil qeyd edib ki, yetkinlik yaşına çatmayan uşağın övladlığa götürülməsinə yalnız onun mənafeyi naminə yol verilir:

“Həmçinin, Məcəllənin 117.2-ci maddəsinə əsasən, bir uşaq ər-arvad olmayan iki şəxs tərəfindən birlikdə övladlığa götürülə bilməz. Bu isə o deməkdir ki, subay şəxs uşağı təkbaşına övladlığa götürə bilər, lakin nikahda olmayan iki şəxs eyni uşağı birlikdə övladlığa götürə bilməz. Bununla yanaşı, valideyn-namizəd övladlığa götürən şəxslər üçün qanunvericilikdə müəyyən edilmiş digər tələblərə də cavab verməlidir. Belə ki, Ailə Məcəlləsinin 120-ci maddəsi övladlığa götürmək hüququ olan şəxslərin dairəsini, habelə övladlığa götürən ola bilməyən şəxslərə dair məhdudiyyətləri müəyyən edir.

Bu məhdudiyyətlər, o cümlədən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifələri yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifəsindən kənarlaşdırılmış, eləcə də səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslərə şamil olunur. Maddədə, həmçinin, şəxsin gəliri və müəyyən cinayətlərə görə cinayət təqibinə məruz qalması və ya məhkumluğu ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Övladlığa götürmə qanunvericiliklə müəyyən edilmiş üç mərhələli proseduru əhatə edir. Ailə Məcəlləsinin 118-ci maddəsinə uyğun olaraq, övladlığa götürmək istəyən şəxsin uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi bu prosesin əsas mərhələləridir. Övladlığa götürmə ilə bağlı məhkəmə icraatı isə Mülki Prosessual Məcəllənin 345–350-ci maddələri ilə tənzimlənir. Belə ki, övladlığa götürmə barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxs tərəfindən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. Uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə, ərizəyə övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti əlavə edilməlidir. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 347.1.4–347.1.7-ci maddələrinə əsasən, məhkəməyə təqdim edilən ərizəyə övladlığa götürənin səhhətinin vəziyyəti barədə tibbi rəy, tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirləri haqqında digər sənəd, yaşayış yerindən istifadə və ya həmin yerə mülkiyyət hüququnu təsdiq edən sənəd, eləcə də övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əlavə olunur. Məhkəmə ərizəyə baxaraq, övladlığa götürmə haqqında xahişin təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edir. Xahiş təmin edildikdə, övladlığa götürən şəxslə uşaq arasında qarşılıqlı hüquq və vəzifələr məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

Qeyd edək ki, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsinə, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsi istisna olmaqla, yol verilmir. Beləliklə, subay Azərbaycan Respublikası vətəndaşının uşağı övladlığa götürməsi qanunla mümkündür. Bunun üçün, bir qayda olaraq, şəxsin ən azı 30 yaşı olmalı, onunla uşaq arasında ən azı 18 yaş fərqi olmalı, Ailə Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulan maneələr mövcud olmamalı və övladlığa götürmənin uşağın mənafeyinə uyğun olduğu müəyyən edilməlidir. Yekun qərar məhkəmə tərəfindən qəbul edilir”. Yəni subay vətəndaşların uşaq övladlığa götürməsi mümkündür, lakin bunun üçün 30 yaş, uşaqla 18 yaş fərqi, kifayət qədər gəlir və məhkəmə qərarı tələb olunur.

Bənzər Xəbərlər

12.08.2026 - 16:15Gülnar Əliyeva

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı

12.08.2026 - 16:02Gülnar Əliyeva

Hava niyə vaxtından tez soyudu? -SƏBƏB

12.08.2026 - 15:48Gülnar Əliyeva

Bu bürcə sahib olanlara PİS XƏBƏR

12.08.2026 - 15:20Gülnar Əliyeva

Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı

12.08.2026 - 15:10Gülnar Əliyeva

Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir?

12.08.2026 - 15:00Gülnar Əliyeva

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi - Fotolar

12.08.2026 - 14:06Gülnar Əliyeva

Azərbaycanda müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO

12.08.2026 - 13:52Gülnar Əliyeva

Hacı Məmmədliyə yüksək vəzifə verildi

12.08.2026 - 13:33Gülnar Əliyeva

“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 730

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 876

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 849

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 682
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.