Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza Salahlı kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.
Hadisə zamanı “Mercedes” və “Naz Lifan” markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

