Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsrail XİN rəhbərindən dünyanı şoka salan bəyanat: “Biz özümüzü…”
  • Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ
  • Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi 

İqtisadiyyat Gülnar Əliyeva13.08.2026 - 11:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2026-cı ildə Azərbaycanda vətəndaşların fərdi şəxsi hesablarındakı pensiya kapitalı ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5.6 faiz artırılıb. Yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün tələb olunan minimum pensiya kapitalının həddi isə 46 080 manat səviyyəsində saxlanılıb.

Bu günlərdə müzakirəyə səbəb olan mövzulardan biri vətəndaşların pensiya yaşına çatmazdan əvvəl öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnu əldə edə bilməsi məsələsidir. Bu kapital əsasən iki hissədən ibarət olur – əmək pensiyası kapitalı (sığorta hissəsi), əlavə kapital (təqaüdə çıxmaq üçün toplanan digər məbləğlər və ya könüllü ödənişlər).

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, vətəndaş pensiya yaşına çatdıqda onun əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalı gələcək pensiya məbləğinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biridir:

“Hazırda pensiya kapitalı 144-ə bölünür və əldə olunan məbləğ vətəndaşın pensiyasının müəyyənləşdirilməsi üçün istifadə olunur. Eyni zamanda, minimum pensiya məbləğinə uyğun olaraq minimum pensiya kapitalı da müəyyənləşdirilir”.

Deputat bildirib ki, hazırda minimum pensiya 320 manatdır:

“Bu məbləğin 144-ə vurulması nəticəsində minimum pensiya kapitalı 46 080 manat təşkil edir. 25 il sığorta stajı olan və tələb olunan pensiya kapitalını toplayan vətəndaşlar əmək pensiyası almaq hüququ əldə edirlər. Azərbaycanda aparılan pensiya siyasəti çərçivəsində 2018-ci il iyulun 1-dək pensiya kapitalı toplamış şəxslərin də əmək pensiyası almaq hüququ əldə etməsi ilə bağlı imkan yaradılıb”.

Deputat pensiya kapitalı minimum həddən aşağı olan vətəndaşlarla bağlı fərqli yanaşmanın tətbiq edilməsini təklif edib:

“Bəzi hallarda vətəndaşın topladığı pensiya kapitalı minimum pensiya kapitalından az olur. Biz təklif edirik ki, belə məqamlarda diferensial yanaşma tətbiq edilsin. Minimum pensiya kapitalına yaxın məbləğ toplamış vətəndaşların pensiyası və ya onlara ediləcək ödənişlər müəyyənləşdirilərkən faktiki topladığı pensiya kapitalı da nəzərə alınsın”.

Vüqar Bayramov əlavə edib ki, ümumi qayda pensiya kapitalı əsasında pensiya məbləğinin müəyyənləşdirilməsinə əsaslanır. Minimum pensiya məbləğinin artırılması isə öz növbəsində minimum pensiya kapitalının məbləğinə də birbaşa təsir göstərir.

Bənzər Xəbərlər

15.08.2026 - 16:13Gülnar Əliyeva

İsrail XİN rəhbərindən dünyanı şoka salan bəyanat: "Biz özümüzü..."

15.08.2026 - 16:00Gülnar Əliyeva

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

15.08.2026 - 15:45Gülnar Əliyeva

Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?

15.08.2026 - 15:00Gülnar Əliyeva

Könül Ələkbərov da işdən çıxarıldı

15.08.2026 - 14:38Gülnar Əliyeva

DİN bu rayonda əməliyyat keçirib: Həbs olunan var

15.08.2026 - 14:21Gülnar Əliyeva

Emin Ağalarovdan "Sea Breeze"-dəki hadisə ilə bağlı açıqlama

15.08.2026 - 14:00Gülnar Əliyeva

Tbilisi su altında qalıb - Video

15.08.2026 - 13:30Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - Ölən var

15.08.2026 - 13:15Gülnar Əliyeva

“Amay”da qətlə yetirilən şirkət rəhbərinin FOTOSU

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 773

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 902

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 871

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 703
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.