Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsrail XİN rəhbərindən dünyanı şoka salan bəyanat: “Biz özümüzü…”
  • Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ
  • Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Cəmiyyət Gülnar Əliyeva15.08.2026 - 16:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulun tərkibi, saxlanma müddəti, temperatur rejimi və qablaşdırılması istehlakçı üçün diqqət edilməli əsas məqamlardandır.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb. Onun sözlərinə görə, dondurma mövsümü başlayandan istehlakçılardan bu məhsulla bağlı müxtəlif məlumatlar daxil olur:”Dondurma mövsümü başlayandan etibarən istehlakçılardan bu məhsulla bağlı müxtəlif şikayətlər daxil olur. Məsələn, bu gün bir istehlakçı zəng edərək aldığı dondurmanın qabının əzik və zədələnmiş vəziyyətdə olduğunu bildirib. Təəssüf ki, dondurmanın və ya istehsalçı şirkətin adını qeyd etməyib.

Dünən isə başqa bir istehlakçı küçədə yerə düşmüş dondurma gördüyünü deyib. Onun sözlərinə görə, dondurmanın içindəki ağ hissə ərimiş olsa da, üzərindəki şokolad isti yay havasında belə əriməmişdi. Yəni istehlakçılardan bu məhsulla bağlı müxtəlif məlumatlar və müşahidələr daxil olur.
Qeyd edim ki, dondurma yüksək kalorili süd məhsuludur. Onun istehsalında əsasən kərə yağından istifadə olunur. Lakin müəyyən texniki şərtlərə və standartlara uyğun olaraq, kokos yağından da dondurma hazırlana bilər. Bu, özlüyündə qeyri-normal hal deyil və müvafiq standartlara cavab verdiyi halda mümkündür.
Lakin bəzi hallarda dondurma istehsalçıları, necə deyərlər, kərə yağına qənaət etmək məqsədilə məhsula müxtəlif bitki yağları əlavə edə bilərlər. Bu isə dondurmanın keyfiyyətində və dadında özünü göstərir. Standartlara uyğun hazırlanmış keyfiyyətli dondurma dilə qoyulduqda təzə qaymaq dadı verməlidir”.

Eyyub Hüseynov istehlakçıların dondurmanın qablaşdırılmasına xüsusi diqqət yetirməli olduğunu deyib. Onun sözlərinə görə, əzilmiş və sonradan yenidən dondurulmuş məhsullardan uzaq durmaq lazımdır:”Əgər dondurma qablaşdırılmış şəkildə satılırsa, istehlakçı onun qablaşdırılmasına da diqqət etməlidir. Məhsul əzilmiş, deformasiyaya uğramış və sonradan yenidən dondurulmuş vəziyyətdə olmamalıdır. Xüsusilə uzaq ölkələrdən gətirilən dondurmalar daşınma zamanı temperatur dəyişikliyinə məruz qala, əriyə, daha sonra isə yenidən dondurula bilər. Belə halda məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi risklər yarana bilər.
İstehlakçının hüququ var ki, məhsulun istehsal və buraxılış tarixi, eləcə də son yararlılıq müddəti barədə satıcıdan məlumat tələb etsin. Bununla belə, ilkin məlumat dondurmanın üzərindəki etiketdə əksini tapır. İstehlakçılara mümkün qədər yararlılıq müddəti çox uzun olmayan dondurmalara üstünlük verməyi tövsiyə edirəm.
Picture backgroundOnu da qeyd edim ki, Azərbaycanda bir neçə yerli dondurma istehsalçısı fəaliyyət göstərir. Eyni zamanda ölkəyə xaricdən də müxtəlif dondurmalar gətirilir. Mən istehlakçılara yerli istehsala üstünlük verməyi tövsiyə edərdim. Çünki yerli istehsal müəssisələri müvafiq nəzarət mexanizmləri çərçivəsində fəaliyyət göstərir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdə saxlanılır.
İstehlakçı hər hansı problemlə qarşılaşarsa və ya şübhəli dondurma məhsuluna rast gələrsə, bu barədə AQTA-nın 1003 Çağrı Mərkəzinə məlumat verə bilər. 2013-cü ildə Azad İstehlakçılar Birliyi beynəlxalq təşkilatın layihəsini həyata keçirirdi. Həmin layihə çərçivəsində Azərbaycan istehlakçıları üçün “Qida Təhlükəsizliyi” nişanı təsis etdik. Azərbaycanda yalnız bir dondurma istehsalçısına bu nişan şamil olunmuşdu”.

Eyyub Hüseynov istehlakçılardan dondurmaların qış aylarında istehsal edilərək yay mövsümünə qədər saxlanılması ilə bağlı da məlumatlar aldığını söyləyib: “Dondurma -18°C temperaturda saxlanıldığı halda uzun müddət qoruna bilər və bu zaman məhsulun keyfiyyətində dəyişiklik baş verməyə bilər. Lakin yenə də istehlakçılara istehsal və son yararlılıq tarixləri arasındakı müddəti mümkün qədər qısa olan dondurmalara üstünlük verməyi tövsiyə edirəm”.

Bənzər Xəbərlər

15.08.2026 - 16:13Gülnar Əliyeva

İsrail XİN rəhbərindən dünyanı şoka salan bəyanat: "Biz özümüzü..."

15.08.2026 - 15:45Gülnar Əliyeva

Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?

15.08.2026 - 15:00Gülnar Əliyeva

Könül Ələkbərov da işdən çıxarıldı

15.08.2026 - 14:38Gülnar Əliyeva

DİN bu rayonda əməliyyat keçirib: Həbs olunan var

15.08.2026 - 14:21Gülnar Əliyeva

Emin Ağalarovdan "Sea Breeze"-dəki hadisə ilə bağlı açıqlama

15.08.2026 - 14:00Gülnar Əliyeva

Tbilisi su altında qalıb - Video

15.08.2026 - 13:30Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - Ölən var

15.08.2026 - 13:15Gülnar Əliyeva

“Amay”da qətlə yetirilən şirkət rəhbərinin FOTOSU

15.08.2026 - 13:00Gülnar Əliyeva

Bakıda qadınların bu hərəkəti etiraz yaratdı: “Övladlarının gözləri önündə…”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 773

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 902

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 871

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 703
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.