Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA
  • Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb
  • Azərbaycanda bu qorxulu xəstəlik yayıldı – Karantin rejimi tətbiq ediləcək?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident Almaniyanın yeni səfirini qəbul etdi – Fotolar

Prezident Almaniyanın yeni səfirini qəbul etdi - Fotolar

Siyasət Gülnar Əliyeva13.08.2026 - 12:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

Yeniera.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğulayıb, ölkələrimizin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd edib. Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlət başçısı Berlində izmalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyətini vurğulayıb, bunun münasibətlərimizi keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir. Dövlət başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğulayıb.

Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd edib. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulanıb.

Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunulub.

Bənzər Xəbərlər

13.08.2026 - 09:50Gülnar Əliyeva

Elnur Məmmədovun ailəsində - Ağır itki

12.08.2026 - 15:35Gülnar Əliyeva

Naxçıvanda binalar belə görünəcək - Video

12.08.2026 - 14:33Gülnar Əliyeva

Yayılan görüntülərlə bağlı tanınmış mediatorun özündən və vəkilindən AÇIQLAMA

12.08.2026 - 12:12Gülnar Əliyeva

Səfir təyin edilən Nərminə Mustafayeva kimdir? - DOSYE

12.08.2026 - 11:55Gülnar Əliyeva

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12.08.2026 - 11:37Gülnar Əliyeva

Prezidentdən Nərminə Mustafayeva ilə bağlı SƏRƏNCAM

12.08.2026 - 11:33Gülnar Əliyeva

Zaur Əhmədov səfir vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM

12.08.2026 - 10:25Gülnar Əliyeva

İlham Əliyev sərəncam İMZALADI

12.08.2026 - 09:35Gülnar Əliyeva

Şuşa azad olunanda Putin... – Prezidentdən diqqətçəkən sözlər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 745

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 880

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 858

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 690
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.