Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
İqtisadiyyat

Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb

Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb

Azərbaycan bu ilin ilk yarısında 4,36 milyon ABŞ dolları dəyərində 5 365 ton “Aİ-92” markalı avtomobil benzini xarici bazarlara göndərib.

Yeniera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə, həcmi isə 72% artıb.

İxracın əsas hissəsi Gürcüstanın payına düşüb. Bu ölkəyə 2,77 milyon dollar dəyərində 3 414 ton benzin satılıb. İllik müqayisədə Gürcüstana tədarükün dəyəri 3,4 dəfə, həcmi isə 3 dəfə yüksəlib.

Ermənistana isə ilk dəfə hesabat dövründə 1,59 milyon dollar dəyərində 1 951 ton “Aİ-92” benzini ixrac olunub.

Eyni zamanda, yanvar-iyun aylarında Azərbaycan “Aİ-92” markalı benzini yalnız Rusiyadan idxal edib. Rusiyadan 3 414 ton benzin alınıb ki, bunun dəyəri 2,56 milyon dollar təşkil edib. İllik müqayisədə idxalın həm dəyəri, həm də həcmi 96% azalıb./yenisabah

Paylaş: