Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.
QOL.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda Kiyev “Dinamo”sunu qəbul edib. Matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə əsasən Qurban Qurbanovun komandası “pley-off” mərhələsinə vəsiqə qazanıb.
“Qarabağ” “pley-off”da “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə “Tvente” rəqibini darmadağın edib – 6:0.
13 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:00.”Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:0
Qol: Jali Muaddib, 12, Aleksey Kaşuk, 69
Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)
İlk oyun – 0:1
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

