Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama
  • Xaricə gedənlər bu səhvlərə görə pul itirir — Açıqlama
  • Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Xaricə gedənlər bu səhvlərə görə pul itirir — Açıqlama

Xaricə gedənlər bu səhvlərə görə pul itirir — Açıqlama

Cəmiyyət Gülnar Əliyeva14.08.2026 - 01:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xaricə səyahət edənlərin sayının artması ilə yanaşı, turistlərin yol verdiyi bəzi səhvlər də əlavə xərc və problemlərə səbəb ola bilir. Bilet və hotel seçimindən tutmuş sənədlərin yoxlanılmasına, sığorta və baqaj məsələlərinə qədər bir sıra məqamlar səyahətdən əvvəl nəzərə alınmalıdır.

Xaricə səfər edən azərbaycanlı turistlər ən çox hansı səhvlərə yol verirlər və səyahət zamanı problem yaşamamaq üçün nələrə diqqət etmək lazımdır?

Turizm məsələləri üzrə ekspert, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin sədri Rəhman Quliyev Demokrat.az-a bildirib ki, xaricə səfər zamanı azərbaycanlı turistlərin ən çox yol verdiyi səhvlərdən biri səfəri yalnız qiymət üzərindən planlaşdırmaq və bilet, hotel, viza, baqaj və digər şərtləri tam yoxlamamaqdır:

“Bəzən turistlər bilet alarkən baqaj limitinə, biletin dəyişdirilməsi və ya qaytarılması şərtlərinə diqqət etmirlər və sonradan əlavə xərclərlə üzləşirlər. Digər mühüm məsələ sənədlərin düzgün və vaxtında yoxlanılmasıdır; pasportun etibarlılıq müddəti, viza tələbləri, tranzit qaydaları və səfər edilən ölkənin giriş şərtləri əvvəlcədən dəqiqləşdirilməlidir. Turistlər səyahət sığortasına da bəzən əlavə xərc kimi yanaşırlar, halbuki gözlənilməz tibbi vəziyyət, baqajın itməsi və ya səfərin təxirə düşməsi zamanı sığorta ciddi maliyyə itkisinin qarşısını ala bilər. Hotel seçimində də yalnız internetdəki ən ucuz təklifə üstünlük vermək düzgün deyil. Hotelin yerləşdiyi ərazi, real rəylər, xidmət şərtləri və bronun ləğv imkanları mütləq nəzərə alınmalıdır”.

Rəhman Quliyev əlavə edib ki, xüsusilə ilk dəfə xaricə gedən turistlər hava limanında qeydiyyat, transfer, baqaj və tranzit prosedurlarını əvvəlcədən bilmədikdə əlavə stress və vaxt itkisi yaşaya bilirlər:

“Tövsiyəm budur ki, turistlər bütün bu detalları səfərdən əvvəl dəfələrlə yoxlamaq əvəzinə peşəkar və etibarlı turizm şirkətləri ilə əməkdaşlığa üstünlük versinlər. Sağlam, peşəkar və təcrübəli turizm mütəxəssisi turistin qarşılaşa biləcəyi problemləri əvvəlcədən görür, lazımi tədbirləri vaxtında planlaşdırır və mümkün riskləri minimuma endirir. Bu zaman turist yalnız bilet və hotel deyil, bütövlükdə təhlükəsiz və rahat səyahət planı əldə edir və səfər zamanı yaranan məsələlərin həllində də peşəkar dəstəyə sahib olur. Nəticədə turist bütün bu detalları düşünmək və riskləri özü idarə etmək əvəzinə sağlam və rahat şəkildə səyahətindən zövq alır, istirahətini başa vuraraq problemsiz şəkildə ölkəyə qayıdır”.

Bənzər Xəbərlər

14.08.2026 - 02:00Gülnar Əliyeva

Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama

14.08.2026 - 01:32Gülnar Əliyeva

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

14.08.2026 - 00:35Gülnar Əliyeva

Türkiyədə deputat gecə saatlarında döyüldü – qadına qarşı seksual qısnama iddiası ilə istintaq başladıldı 

14.08.2026 - 00:20Gülnar Əliyeva

Rusiya gedənlərin nəzərinə - bu sistem işə düşdü - 10 avqustdan...

13.08.2026 - 23:41Gülnar Əliyeva

Biləsuvarda qətlə yetirilən Şölətin - FOTOSU

13.08.2026 - 23:15Gülnar Əliyeva

Bakıda yaşayanlara vacib xəbər:Avqustun 14-dən etibarən...

13.08.2026 - 23:01Gülnar Əliyeva

Sabah da yağış yağacaq

13.08.2026 - 23:00Gülnar Əliyeva

Ailəvi piknik faciə ilə bitdi: Ana və iki qızının cəsədi tapıldı

13.08.2026 - 22:05Gülnar Əliyeva

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 748

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 882

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 859

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 693
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.