Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sosial yardımlar bu tarixdə veriləcək
  • “Baku Electronics” borca düşdü – MARAQLI FAKTLAR
  • Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI – Qarayara…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»KMBİ saxta kredit səhifələri yaradan şəxsi saxladı – Video

KMBİ saxta kredit səhifələri yaradan şəxsi saxladı - Video

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva21.08.2026 - 14:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Yeniera.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədilə həmin saxta səhifələrin sosial şəbəkələrdə, “WhatsApp” qruplarında reklamını aparıb. Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə edilib.

Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra isə o, bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Cəfərov cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Bir daha vətəndaşlara tövsiyə edirik ki, sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanları və digər reklam xarakterli məlumatların doğruluğunu yoxlasınlar. Kredit və digər maliyyə xidmətlərindən istifadə etməzdən əvvəl həmin qurumun qanuni əsaslarla fəaliyyət göstərib göstərmədiyini dəqiqləşdirsinlər. Bank kartlarının məlumatlarını, xüsusilə CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodlarını heç bir halda tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə təqdim etməsinlər. Nəzərə almaq lazımdır ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN-kod, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər. Belə hallarla qarşılaşdıqda və ya kiberdələduzluqla bağlı şübhə yarandıqda isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur” – nazirliyin məlumatında qeyd edilib.

Bənzər Xəbərlər

21.08.2026 - 14:20Gülnar Əliyeva

Psixiatriya xəstəxanasında meyit tapıldı

21.08.2026 - 13:13Gülnar Əliyeva

İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib

21.08.2026 - 11:00Gülnar Əliyeva

Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq da vəfat etdi

21.08.2026 - 10:50Gülnar Əliyeva

Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar

21.08.2026 - 10:25Gülnar Əliyeva

"Gəmi" istirahət mərkəzində ölüm hadisəsi 

21.08.2026 - 09:38Gülnar Əliyeva

Azərbaycanda FACİƏ: Sahibkar ÖLDÜ

20.08.2026 - 19:05Gülnar Əliyeva

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video

20.08.2026 - 17:11Gülnar Əliyeva

Xoşqədəm Xudiyeva işdən çıxarıldı

20.08.2026 - 16:57Gülnar Əliyeva

Nadir Hacıyev vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 850

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 954

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 913

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 739
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.