Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sosial yardımlar bu tarixdə veriləcək
  • “Baku Electronics” borca düşdü – MARAQLI FAKTLAR
  • Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI – Qarayara…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI – Qarayara…

Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Qarayara...

Cəmiyyət Gülnar Əliyeva21.08.2026 - 16:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir, yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.

Yeniera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rayonun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib.

Aparılan epidemioloji araşdırmalar zamanı xəstəliklə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə götürülüb və zəruri laborator müayinələr aparılıb. Eyni zamanda hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma həyata keçirilib, laborator müayinə məqsədilə müvafiq nümunələr götürülüb.

Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən avqustun 15-dən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Məlumata görə, hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlarla birgə xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində müvafiq profilaktik və əks-epidemik tədbirlər görülüb.

Nazirlik epidemioloji vəziyyətə nəzarəti davam etdirir.

Qeyd edək ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Bənzər Xəbərlər

21.08.2026 - 16:33Gülnar Əliyeva

Sosial yardımlar bu tarixdə veriləcək

21.08.2026 - 16:20Gülnar Əliyeva

"Baku Electronics" borca düşdü - MARAQLI FAKTLAR

21.08.2026 - 15:50Gülnar Əliyeva

Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI

21.08.2026 - 15:20Gülnar Əliyeva

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

21.08.2026 - 14:20Gülnar Əliyeva

Psixiatriya xəstəxanasında meyit tapıldı

21.08.2026 - 14:05Gülnar Əliyeva

DİN bu şəxsləri işə dəvət edir - Elan

21.08.2026 - 13:50Gülnar Əliyeva

Azərbaycanlı merin qardaşı 7 aylıq həbs edildi

21.08.2026 - 13:13Gülnar Əliyeva

İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib

21.08.2026 - 13:00Gülnar Əliyeva

Bu ölkədə ağır təyyarə qəzası-HAMI ÖLDÜ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 850

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 954

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 913

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 739
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.