Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Fevrala kimi minlərlə insan öləcək – Qorxulu hava XƏBƏRDARLIĞI
  • Tanınmış aktrisa vəfat etdi – FOTO
  • Azərbaycanda ağır qəza – Ölən var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi – Fotolar – Yenilənib

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib

Siyasət Gülnar Əliyeva23.09.2026 - 11:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Yeniera.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxunub.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd edib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğulayıb.

Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd edib.

Səfir həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulanıb, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

Yeniera.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Növbəti illərdə də ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu deyən dövlət başçısı bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin önəminə toxunub, investisiya, ticarət, biznes sahələrində tərəfdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün səylə çalışacağını vurğulayıb.

Səfir Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Həmçinin iki ölkə arasında etimadın qurulması istiqamətində atılan addımları alqışladığını bildirib.

İsveçdə çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını və onların təhsil səviyyəsinin yüksək qiymətləndirildiyini deyən səfir tələbələrin gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklərinə ümidvarlığını ifadə edib.

Luis Morsinq Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdəki müsbət dinamikaya da toxunub və bu xüsusda ikitərəfli saziş üzrə danışıqların bərpa olunduğunu vurğulayıb.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək dəyərləndirib.

Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunan Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarının və müəllifinin məhz Azərbaycan olduğunu deyib, iki ölkə arasında əldə edilən sülhü dünyada presedenti olmayan bir hal kimi qiymətləndirib.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda çox yaxşı olduğunu bildirən dövlət başçısı bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfərlərini, həmçinin onlarla beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri xatırlayıb.

Görüşdə Azərbaycanla İsveç arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübabiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.



Bənzər Xəbərlər

24.09.2026 - 20:15Gülnar Əliyeva

Ceyhun Bayramov İƏT-də çıxış etdi - Fələstinlə bağlı danışdı

24.09.2026 - 19:10Gülnar Əliyeva

Prezident qanunu imzalamadan Milli Məclisə geri QAYTARDI

24.09.2026 - 18:10Gülnar Əliyeva

Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

24.09.2026 - 16:22Gülnar Əliyeva

Prezident bu icra başçısını vəzifəsindən azad etdi

24.09.2026 - 13:14Gülnar Əliyeva

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Foto

24.09.2026 - 13:11Gülnar Əliyeva

Formula 1 üzrə 10-cu Azərbaycan Qran-Prisi başladı

24.09.2026 - 11:33Gülnar Əliyeva

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

24.09.2026 - 11:28Gülnar Əliyeva

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev

24.09.2026 - 11:19Gülnar Əliyeva

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 097

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 122

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 041

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 829
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.