Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bank kartları ilə bağlı – Daha bir qadağa
  • İki rayonda qaz təchizatı dayandırılacaq
  • Prezident qanunu imzalamadan Milli Məclisə geri QAYTARDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

Siyasət Gülnar Əliyeva24.09.2026 - 18:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.

Yeniera.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 24-də keçirilən iclasında komitə sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.

Yeni redaksiyada qanunun əsas konsepti dəyişmir, hədəfləri olduğu kimi saxlanılır. Əsas məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədova deyib ki, sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə daşıyacaq genişmiqyaslı təkliflər təqdim edilib. Bu islahat qeyri-dövlət sektoruna aid edilən və dövlət payı 51 faizdən az olan özəl texnologiya subyektlərini əhatə etməklə, ölkənin texnoloji inkişafını sürətləndirməyi məqsəd qoyur. Bildirilib ki, iri sahibkarlıq subyektlərinin bu böyük vergi güzəştlərindən yararlanmaları üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Bu yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək, mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində maneəsiz davam etdirəcəklər.

Vurğulanıb ki, bu təkliflər Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması, intellektual kapitalın ölkəyə cəlb olunması və yerli innovativ brendlərin dünya bazarına çıxışının genişləndirilməsi baxımından yeni imkanlar yaradır.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddəki güzəştlərin əsas məqamlarından danışıb, onların vahid sistem şəklində təqdim olunduğunu vurğulayıb. O, güzəştlərin uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyətini qeyd edib.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sənəddə təklif olunan vergi təşviqlərinin subyektləri və onların əhatə dairəsi barədə məlumat verib.

İclasda yenilənmiş qanunun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Bənzər Xəbərlər

24.09.2026 - 19:10Gülnar Əliyeva

Prezident qanunu imzalamadan Milli Məclisə geri QAYTARDI

24.09.2026 - 16:22Gülnar Əliyeva

Prezident bu icra başçısını vəzifəsindən azad etdi

24.09.2026 - 13:14Gülnar Əliyeva

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Foto

24.09.2026 - 13:11Gülnar Əliyeva

Formula 1 üzrə 10-cu Azərbaycan Qran-Prisi başladı

24.09.2026 - 11:33Gülnar Əliyeva

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

24.09.2026 - 11:28Gülnar Əliyeva

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev

24.09.2026 - 11:19Gülnar Əliyeva

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

24.09.2026 - 10:13Gülnar Əliyeva

Milli Məclis mühüm qərar qəbul edib: 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək

24.09.2026 - 09:45Gülnar Əliyeva

Bu gün Azərbaycan Qran-Prisi start götürür

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 095

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 119

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 040

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 829
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.