Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın səlahiyyət müddəti gələn ay başa çatır.
Yeniera.az xəbər verir ki, o, vəzifəyə 2019-cu il noyabrın 29-da Milli Məclisin qərarı ilə seçilib.
Noyabr ayında S.Əliyevanın ombudsman kimi fəaliyyətinin 7 illi tamam olur. O, bu vəzifəyə bir dəfə seçilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Eyni şəxs ombudsman vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.
Xatırladaq ki, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında ombudsmanın aylıq vəzifə maaşının 3 060 mantdan 12 min manata qaldırılması barədə qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

