Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İlon Mask 4 uşağının anasından ayrıldı
  • Xəzərdəki hadisəyə görə onları da vəzifədən azad etdi
  • 100 günün, həsrətin və toy günümüzün hekayəsi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»100 günün, həsrətin və toy günümüzün hekayəsi

100 günün, həsrətin və toy günümüzün hekayəsi

Cəmiyyət Gülnar Əliyeva03.10.2026 - 17:56
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

 

​          20 sentyabr… Hər şeydən xəbərsiz, sakit bir gecəyə yatmışdıq. Yuxuma Tovuz döyüşlərinin şəhidi, Milli Qəhrəman İlqar Mirzəyev girmişdi. Onu sağ görürdüm. Yuxuda ürəyim çırpınırdı ki, ailəsinə xəbər verməliyəm, onun sağ olduğunu bilsinlər…

​          21 sentyabr səhər saat 8 radələrində telefonun zənginə oyandım. Hərbi komissarlıqdan zəng edib, Aslanı çağırdılar. Nə baş verdiyini bilmirdik — ya da o bilirdi, amma mənə bildirmirdi. “Səni işə yola salıb gedərəm” dedi. Lakin səhər yeməyinə əyləşməyə macal tapmamış qapı döyüldü. Arxasınca xəbər göndərmişdilər… Nə sağollaşa, nə görüşə bildik.  Ağlıma gəlmədi gedib qayıtmaz deyə. O getdi, mən də hazırlaşıb işə yollandım. Sahil metrosundan çıxanda zəng vurdu: “Təlimə aparırlar, 1 həftəlikdir.” Ayaqlarım titrədi, geri qayıtsam da gedib çatmayacaqdım.  Amma yenə də pis heç nə gətirmədim ağlıma. İşə çatanda xəbərlər yayılmağa başladı. Kimsə qardaşının, kimsə dostunun çağırıldığını deyirdi. Amma hələ “müharibə” kəlməsi dillərə gəlmirdi — bəlkə də deyilirdi, sadəcə mənim qulaqlarım eşitmirdi…

​          Aslan ara-sıra mesaj yazırdı: “Həftə sonuna buraxacaqlar…” Gözləyirdim. Sonra xəbər yolladı ki, telefonları yığırlar. Həftə sonuna çatırdıq… 26 sentyabr zəng vurub “Bizi buraxmırlar, bir az da qalası olduq” dedi. Bakıda olduğunu bilmək mənə yetirdi, narahatlığımı bu təskinliklə susdururdum.

​          27 sentyabr… Səhər bütün televiziya kanalları müharibənin başlanmasından danışırdı. Ürəyimiz ağzımızda xəbər gözləyərkən Aslan zəng vurdu: “Biz Füzuliyə gedirik. Özünüzə yaxşı baxın, narahat olmayın, imkan olduqca zəng edəcəm.” O dəqiqələr gözümün önündən heç vaxt silinməyəcək. Boğazım düyünlənmiş şəkildə donub qalmışdım. Qayınatam çox sevirəm deyə balıq almışdı, Aslan gələr, birlikdə süfrə açarıq deyə gözləyirdik. Mən isə ən sevdiyim yeməyə baxa-baxa qalmışdım. Çünki tox idim…  Xəbər məni doydurmuşdu.

​          Aslan yol boyu bir neçə dəfə zəng edib bizə ürək-dirək verdi. Orada öz ürəyi üzülən insan burada bizə təsəlli verirdi. Evdə üç nəfər idik: atası, anası və mən. Bir-birimizə sezdirmədən hərəmiz bir küncə çəkilib ağlayır, sonra digərlərinə güclü görünmək üçün dikəlirdik. Günlər çox ağır keçirdi. Saatın sanki tərpənməyə gücü çatmırdı. Nə yeyə, nə içə bilirdik.

​          4 oktyabrda Cəbrayılın azad olunma xəbəri gəldi. Bütün həyətdə bayram ab-havası var idi, mənsə sanki müharibədən xəbərsizmiş kimi Aslandan zəng gözləyirdim ki, bu şad xəbəri ona özüm verim… Oktyabrın ortalarında zəng vurub “Füzulidən nə xəbər var?” soruşdu. “Heç nə” deyəndə, “Televizoru izlə görəcəksən, biz ordayıq” dedi. 17 oktyabrda dediyi kimi Füzuli şəhəri işğaldan azad edildi. İçimdə uca bir dağ boyda qürur yüksəldi: Aslanın uğuru mənim qürurum idi.

​          Bir dəfə zəng edəndə nə qədər danışdımsa, məni eşitmədi. Zarafatla “Kar olmusan?” dedim. Sən demə, doğurdan da yanında minamyot partlayıb, eşitmə qabiliyyətini müvəqqəti itirmişdir… Mənsə zəngin sevinci ilə bunu anlaya bilməmişdim, mən sevinclə güləndə, o, yanında partlayan ölümün səssizliyini yaşayırmış…

​          29 oktyabr Aslanla danışmışdıq, Şuşaya doğru gedəcəklərini demişdi. Oktyabr bitdi noyabr başladı, Aslandan səs gəlmədi. Müharibə şəraitində onsuz da ağzında döyünən ürək üçün günlərlə gəlməyən zəngin  böyük bir ağrısı var idi. Noyabrın 3-də atasının telefonuna qısa bir mesaj gəldi: “Yaxşıyam, Narahat olmayın, Şuşaya giririk…” Zəng deyil, niyə mesaj? Bəlkə Aslan deyil? Özümüzü yeyib bitirdik, bir yandan da Aslandan başqa kim yazar deyib təsəlli olduq özümüzə.

​          8 noyabr… Bizim toy günümüz idi. Tam 1 ilimiz tamam olurdu, lakin Aslan mənlə deyildi. Düşüncələr içində saatları kecirdiyim an, saat 12:00-da cənab Prezident İlham Əliyev Şuşanın azad olunduğunu elan etdi. Sanki bu xəbəri Aslandan özümə ən böyük toy hədiyyəsi kimi qəbul etdim. O mənə güllə səsləri  altında, qan və tərlə yazılmış ən böyük Zəfər hədiyyəsini vermişdi. Gözüm telefonda özünün mənə bu xəbəri çatdırmağını gözləyirdim… Nə biləydim ki, o, Şuşaya qalxmaq üçün 36 saat yuxusuz qalıb? Nə biləydim ki, yalın əlləri ilə qayalara dırmanıb, bir qurtum su içmək üçün gecənin düşməyini gözləyib?

​          Allaha çox dua edirdim onun adından, ağzından. Düşünürdüm Allahdan başqa tapşıracağım kimsə yoxdur. Həmin gecə yuxuda  babamla Aslanın nənəsini gördüm (Hər ikisi rəhmətə gedib). İkisi də mələk kimi başımın üstündəki kiçik pəncərədən otağıma daxil oldular və üzümə gülümsədilər. Onların arxasınca milyonlarla kiçik ulduz otağımı işıqlandırmağa başladı… Çox qəribədir müharibənin başlamağından  xəbərsiz də yuxu görmüşdüm, bitəcəyindən xəbərsiz də. Aslan məni xəbərsiz  qoysa da, Allah məni xəbərsiz qoymurdu.

​          Noyabrın 10-na keçən gecə saat 03:00-da müharibənin bitdiyi elan olundu. Sevincimdən bir otağın içində bağırmaq bütün evi oyatmaq istəyirdim, amma daha əvvəl iki dəfə atəşkəs pozulduğu üçün ümid verməyə qorxurdum. Dözməyib qapılarını döydüm: “oyanın, müharibə bitdi!” Səhər bütün şəhər qələbəni bayram edirdi, bizim evdə isə sakit bir hüzn var idi. Çünki ən son 3 noyabr mesajında qalmışdıq…

​          Nəhayət, 12 noyabrda o zəng gəldi. Xoşbəxt idik, səsini eşidirdik! Daha güllə atmırdılar, işğaldan azad etdikləri torpaqlarımızı qoruyur, düşmənlərin ərazini tərk etmələrinə nəzarət edirdilər.

10 dekabr şəhərdə böyük, izdihamlı bir parad. Özü gəlməsə belə uğuru, şərəfi, mərdliyi gəlib çatmışdı.

25 dekabr Aslangil Bakıya qayıtdılar, böyük izdihamla xalq onları qarşıladı. Biz isə evə gələcəyi günü gözləyirdik

Və nəhayət…

​31 dekabr… Aslanın evdən çıxdığı 100-cü gün. Gəldi, bizə çatdı, qovuşduq. Evinə geri gələ bilməyən Şəhidlərin ailələrindən üzr istəyirəm bu sevincə görə… Boynumuz Şəhid ailələrinin qarşısında ömürlük bükükdür…

​          Artıq illər keçir, amma hər il sentyabr gələndə evimizə eyni hüzn çökür. Aslan çiyin-çiyinə döyüşdüyü yoldaşlarının yarıdan çoxunu itirib gəldi. Komandirini, dostlarını gözünün qarşısında Şəhid verdi. Əzizlərinə bir parçası çatsın deyə, parça-parça olmuş cəsədləri öz əlləri ilə topladı… İnsan bundan sonra necə əvvəlki kimi olsun?

​Düşünürəm ki, müharibədən heç kim bütöv qayıtmadı. Kimisi cismindən, kimisi ruhundan yarım qaldı…

​Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Haqqınız ödənməz!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə təltif edilir:

Əmirli Miraslan Əlipaşa oğu- “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə.

 

Bənzər Xəbərlər

03.10.2026 - 18:10Gülnar Əliyeva

İlon Mask 4 uşağının anasından ayrıldı

03.10.2026 - 18:00Gülnar Əliyeva

Xəzərdəki hadisəyə görə onları da vəzifədən azad etdi

03.10.2026 - 17:32Gülnar Əliyeva

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək - 15 oktyabrdan

03.10.2026 - 17:26Gülnar Əliyeva

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq! 

03.10.2026 - 17:25Gülnar Əliyeva

Gələn ay səlahiyyət müddəti bitir - YENİDƏN SEÇİLƏCƏK?

03.10.2026 - 17:12Gülnar Əliyeva

“Tashkent Content Market” Bakıda TƏQDİM OLUNUB 

03.10.2026 - 17:09Gülnar Əliyeva

Tanınmış alim Məmməd Hüseynovun kitabının təqdimatı keçirilib – FOTOLAR

03.10.2026 - 16:16Gülnar Əliyeva

DİN-dən əməliyyat - İran vətəndaşı və daha 7 nəfər tutuldu

03.10.2026 - 13:30Gülnar Əliyeva

Bayramov Əraqçi ilə danışdı - Yenilənib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 237

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 216

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 123

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 869
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.