Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – Açıqlama
  • Bakıda ən ucuz evlər bu ərazidədir
  • Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq! 

Siyasət Gülnar Əliyeva03.10.2026 - 17:26
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev YAP-ın qurultayında çıxışı zamanı son günlər baş verən hadisələrə konkret mesajlarla qiymət verdi.

– Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir.

– Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın.

Əliyev ad çəkməsə də, bu mesajların ünvanı bəllidir. Əslində bu qiymətləndirmə ən yüksək səviyyədə daha əvvəldən verilməli idi, xüsusilə silahların alınması məsələsində. Çünki rəsmi Bakı susduqca, Qarabağ zəfərindən özlərinə pay çıxaranlar oldu. Eyni zamanda, silahları sanki pay veriblərmiş kimi mövqelər irəli sürdü.

Həqiqət isə ortadadır: Qarabağı Azərbaycan əsgəri azad edib, müxtəlif ölkələrdən – Türkiyədən, İsraildən, Rusiyadan, Avropadan alınan silahların pulu heç bir güzəşt olmadan ödənilib. Bu faktlar təkcə bu gün yox, həm də tarix üçün dilə gətirilməlidir.

Asif Nərimanlı

Bənzər Xəbərlər

03.10.2026 - 21:48Gülnar Əliyeva

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama

03.10.2026 - 21:46Gülnar Əliyeva

Bakıda ən ucuz evlər bu ərazidədir

03.10.2026 - 18:40Gülnar Əliyeva

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

03.10.2026 - 18:10Gülnar Əliyeva

İlon Mask 4 uşağının anasından ayrıldı

03.10.2026 - 18:00Gülnar Əliyeva

Xəzərdəki hadisəyə görə onları da vəzifədən azad etdi

03.10.2026 - 17:56Gülnar Əliyeva

100 günün, həsrətin və toy günümüzün hekayəsi

03.10.2026 - 17:32Gülnar Əliyeva

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək - 15 oktyabrdan

03.10.2026 - 17:25Gülnar Əliyeva

Gələn ay səlahiyyət müddəti bitir - YENİDƏN SEÇİLƏCƏK?

03.10.2026 - 17:12Gülnar Əliyeva

“Tashkent Content Market” Bakıda TƏQDİM OLUNUB 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 242

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 219

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 127

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 870
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.