Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” – Rəşid Mahmudov
  • Elvin Mahmudzadə HƏBS EDİLDİ
  • Prezidentin vəzifəsindən azad etdiyi Yusif Yusifov kimdir? – DOSYE
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir”

"Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir"

Cəmiyyət Gülnar Əliyeva06.10.2026 - 16:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərində iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir.

Yeniera.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçıısı qeyd edib kii, COP29 inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərdə yeni bir mərhələnin əsasını qoydu:

“2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı. Bu Sammitdə inkişaf etmiş bütün ölkələri, xüsusilə də müstəmləkə keçmişi olan ölkələri inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə mübarizədə dəstək olmaq üçün töhfələrini əhəmiyyətli dərəcədə artırmağa çağırdım”.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan çoxtərəfli əməkdaşlıqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərini onların milli prioritetlərinə və inkişaf üzrə ehtiyaclarına uyğunlaşdırılmış ikitərəfli əməkdaşlıq vasitəsilə də dəstəklədi:

“Dünyada ən çox fəlakətlə üzləşən bir sıra ölkələrə qasırğaların, zəlzələlərin və daşqınların təsirlərinin azaldılmasında dəstək verdik. Həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini dəstəklədik. İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin Təhsil Qrantı Proqramımızdan faydalanması onların vətəndaşlarına Azərbaycandakı universitetlərdə təhsil almasına imkan yaratdı”.

Dövlət başçısı qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə dayanıqlılığını artırmaq üçün daha bir mühüm addım olaraq, 2024-cü ildə Azərbaycan və Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalanıb.

“Azərbaycan bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir. Millətlər Birliyi ilə əməkdaşlığımız, həmçinin ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycan Kosmik Agentliyi – Azərkosmos tərəfindən təqdim edilən peyk məlumatlarından istifadəni də nəzərdə tutur”.

Bənzər Xəbərlər

08.10.2026 - 22:26Gülnar Əliyeva

“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov

08.10.2026 - 21:20Gülnar Əliyeva

Prezidentin Türkmənistan səfərindən - Görüntülər+Video

08.10.2026 - 20:00Gülnar Əliyeva

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

08.10.2026 - 19:11Gülnar Əliyeva

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

08.10.2026 - 19:10Gülnar Əliyeva

Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO

08.10.2026 - 18:59Gülnar Əliyeva

İntensiv yağış, qar yağacaq - XƏBƏRDARLIQ

08.10.2026 - 18:42Gülnar Əliyeva

Cəbrayılda mal-qara otaran 26 yaşlı sakin minaya düşdü-YENİLƏNİB

08.10.2026 - 18:29Gülnar Əliyeva

AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO

08.10.2026 - 17:15Gülnar Əliyeva

Prezident onu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 261

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 237

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 138

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.