Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident onu yüksək vəzifəyə təyin etdi – SƏRƏNCAM
  • Bu liseyin direktoru istefa verdi – FOTO
  • Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

İqtisadiyyat Gülnar Əliyeva06.10.2026 - 15:17
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Birbank” yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb.

Belə ki, “Adı ilə böyüsün” layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacın uşağın adına əkildiyini təsdiqləyən xüsusi sertifikat təqdim olunur.

Layihə haqqında fikirlərini bölüşən “Kapital Bank”ın Əməliyyatlar ofisinin lideri Məhəmməd İbrahimov qeyd edib: “Bu layihəni bizim üçün xüsusi edən odur ki, hər yeni doğulan uşağın dünyaya gəlişi bir ağacın əkilməsi ilə yaşıl bir izə çevrilir. Uşaq böyüdükcə bu təşəbbüsün yaratdığı xatirə də onunla birlikdə böyüyür. İstəyirik ki, illər sonra həmin uşaq onun adına əkilən ağacı gördükdə, dünyaya gəlişinin cəmiyyət üçün dəyərli bir hadisə olduğunu hiss etsin. Beləliklə o, həyatının ilk günündən başlayan bu xatirəni illər sonra da yaşada bilsin”.

“Adı ilə böyüsün” layihəsi sentyabr ayından etibarən həyata keçirilir və layihə çərçivəsində ağacların əkildiyini təsdiqləyən sertifikatlar “Birbank” müştərilərinə həftəlik əsasda SMS vasitəsilə göndərilir. Valideynlər sertifikatın həqiqiliyini yasilgelecek.az saytı üzərindən yoxlaya bilərlər.

Təşəbbüs körpələrin dünyaya gəlişini gözəl xatirəyə çevirməklə yanaşı, yaşıllığın artırılmasına və ətraf mühitə qayğı mədəniyyətinin təşviqinə də diqqət çəkir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC və “Kapital Bank”ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank” , 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.

“Birbank”ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bənzər Xəbərlər

08.10.2026 - 10:00Gülnar Əliyeva

Şad xəbər: Ödənişlərin 75 faizi silinir

07.10.2026 - 11:20Gülnar Əliyeva

Aşağı pensiyalar daha çox artacaq? – İndeksasiya ilə bağlı AÇIQLAMA 

06.10.2026 - 12:30Gülnar Əliyeva

Nazir şöbə müdirini vəzifədən azad etdi

06.10.2026 - 10:50Gülnar Əliyeva

Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda

05.10.2026 - 17:30Gülnar Əliyeva

Tamam Bayatlı təqaüdə göndərildi

05.10.2026 - 17:08Gülnar Əliyeva

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar

05.10.2026 - 11:50Gülnar Əliyeva

“Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

03.10.2026 - 21:46Gülnar Əliyeva

Bakıda ən ucuz evlər bu ərazidədir

03.10.2026 - 18:40Gülnar Əliyeva

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 256

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 232

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 134

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.