Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rəna Abbasova şöbə müdiri təyin edildi
  • Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş – FOTO
  • Türkmənbaşıda sənədlər imzalandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Şad xəbər: Ödənişlərin 75 faizi silinir

Şad xəbər: Ödənişlərin 75 faizi silinir

İqtisadiyyat Gülnar Əliyeva08.10.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər müəyyən şərtlərə cavab verdikləri halda mənfəət vergisində 75 faizlik güzəştdən yararlana bilərlər.

Yeniera.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müəyyən edilmiş tələblərə cavab verən mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizi vergidən azad edilir.

Ümumiyyətlə, mənfəət vergisi müəssisələrin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətə tətbiq olunan əsas vergilərdən biridir. Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən, Azərbaycanda rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Marqarita pizza

Ümumi qaydada rezident müəssisələrin mənfəəti 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur. Lakin iqtisadiyyatın müəyyən sahələrinin inkişaf etdirilməsi, investisiyaların təşviqi, kiçik sahibkarlığın dəstəklənməsi və innovativ fəaliyyətlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində müxtəlif azadolma və güzəştlər nəzərdə tutulub.

2026-cı ildə mənfəət vergisinin hesablanması zamanı güzəştlərin düzgün tətbiqi xüsusi əhəmiyyət daşıyır. Belə ki, yalnız müəssisənin mikro sahibkarlıq subyekti olması güzəştdən yararlanmaq üçün hər zaman kifayət etmir. Müəyyən hallarda işçilərin sayı, sosial sığorta üzrə borcun olub-olmaması və digər tələblər də nəzərə alınır.

Mənfəət ümumi qaydada gəlirlərdən həmin gəlirlərin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra müəyyən edilir.

Məsələn, müəssisənin 2026-cı il ərzində gəlirləri 500 min manat, gəlirdən çıxılan xərcləri isə 400 min manat olarsa, onun mənfəəti 100 min manat təşkil edir. Bu halda 20 faiz dərəcə ilə mənfəət vergisi 20 min manat olacaq.

Lakin müəssisə qanunvericilikdə nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdirsə, ödəniləcək verginin məbləği əhəmiyyətli dərəcədə azalır.

Məsələn, “AA” MMC 2026-cı ildə 80 min manat mənfəət əldə edib və mikro sahibkarlıq subyekti olmaqla güzəştdən istifadə üçün müəyyən edilmiş şərtlərə cavab verir.

Bu halda mənfəətin 75 faizi, yəni 60 min manatı güzəşt olunur. Vergiyə cəlb edilən mənfəət 20 min manat təşkil edir. Bunun 20 faizi hesablandıqda ödəniləcək mənfəət vergisi 4 min manat olur.

Güzəşt tətbiq edilmədiyi halda isə müəssisə 16 min manat mənfəət vergisi ödəməli idi. Beləliklə, güzəşt nəticəsində müəssisənin vergi öhdəliyi 12 min manat azalır.

Bənzər Xəbərlər

08.10.2026 - 12:43Gülnar Əliyeva

Rəna Abbasova şöbə müdiri təyin edildi

08.10.2026 - 12:30Gülnar Əliyeva

Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO

08.10.2026 - 12:05Gülnar Əliyeva

“Problem TƏBİB-in sistemindədir” - Səhiyyə Nazirliyi

08.10.2026 - 11:52Gülnar Əliyeva

Tanınmış baş həkimin müavini bıçaqlandı

08.10.2026 - 11:40Gülnar Əliyeva

“Sammitdə Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq” - Paşinyan

08.10.2026 - 11:30Gülnar Əliyeva

Metro ilə bağlı şad xəbər - Bu tarixdə...

08.10.2026 - 11:15Gülnar Əliyeva

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

08.10.2026 - 11:00Gülnar Əliyeva

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

08.10.2026 - 10:53Gülnar Əliyeva

Bu gün hansı bürclərin bəxti gətirəcək? – ADLAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 256

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 231

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 134

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.