Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentlərin sammitdəki növbəti təmasından – Fotolar
  • Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir – Fotolar
  • İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Nazirlər Kabinetindən YENİ QƏRAR:Siyahı dəyişdi

Nazirlər Kabinetindən YENİ QƏRAR:Siyahı dəyişdi

İqtisadiyyat Gülnar Əliyeva09.10.2026 - 12:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

Yeniera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli qərarı ilə müvafiq siyahıya dəyişiklik edilib.

Dəyişikliyə əsasən, daha 7 iqtisadi fəaliyyət istiqamətində istifadə üçün idxal olunan müvafiq texnika, texnoloji avadanlıq, qurğu, xammal və materiallar əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azad edilib.

Güzəştlərin şamil edildiyi yeni fəaliyyət sahələri bunlardır:

Əczaçılıq məhsullarının istehsalı;

Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;

Üzümdən şərab istehsalı;

Elmi tədqiqat və işləmələr;

Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, həmçinin heyvan yemi istehsalı;

Heyvandarlıq və şirin su hövzələrində balıqyetişdirmə;

Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması.

Qeyd edək ki, güzəştlər yalnız təsdiqlənmiş siyahıda göstərilən iqtisadi fəaliyyət sahələrinə və həmin sahələr üzrə nəzərdə tutulan malların idxalına şamil olunur.

Dəyişikliklərin kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi tədqiqat sahələrində fəaliyyət göstərən sahibkarların investisiya və istehsal xərclərini azaltması, yeni layihələrin həyata keçirilməsini stimullaşdırması gözlənilir.

Güzəştlərdən yararlanmaq üçün sahibkarlar sənədlərini İqtisadiyyat Nazirliyinə fiziki və ya elektron formada təqdim edə bilərlər.

Bənzər Xəbərlər

09.10.2026 - 13:50Gülnar Əliyeva

İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Fotolar

09.10.2026 - 13:25Gülnar Əliyeva

Baş nazir vacib qərar imzaladı

09.10.2026 - 13:25Gülnar Əliyeva

“Biz bunu Azərbaycan Prezidenti ilə birlikdə etdik”

09.10.2026 - 13:13Gülnar Əliyeva

Azərbaycanda maaş artdı

09.10.2026 - 13:00Gülnar Əliyeva

Sabah yağış yağacaq , leysan olacaq

09.10.2026 - 12:45Gülnar Əliyeva

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

09.10.2026 - 12:16Gülnar Əliyeva

Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNATLAR

09.10.2026 - 12:03Gülnar Əliyeva

"Retro Holding"də milyon yarımlıq yeyinti - Həbs edilən var

09.10.2026 - 11:55Gülnar Əliyeva

“Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 262

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 239

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 140

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.