Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053
  • 100 RUB 1.9948
  • GBP 2.2514
  • TRY 0.0345
  • CNY 0.2540
  • GEL 0.6557
  • 100 KZT 0.3751
  • UAH 0.0379
  • AED 0.4628
Maqazin

"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"

“Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım”

Model Günay Musayeva sosial şəbəkədə məktəb qaydaları ilə bağlı fikirlərini bölüşüb.

YENİERA.az xəbər verir ki, o, 9-cu sinifdə oxuyarkən saçlarını sarı rəngə boyadığı üçün məktəbə buraxılmadığını bildirib. Model həmin vaxt məktəbin direktorunun öz anası olduğunu qeyd edib:

“9-cu sinifdə oxuyarkən saçlarımı sarı rəngə boyadığım üçün məktəbə buraxılmamışdım. Məktəbin direktoru isə öz anam idi. Həmin gün saçlarımı əvvəlki rənginə qaytardım və təhsilimə davam etdim.

11 il mayın, sentyabrın istisində belə, məktəbli formasına riayət etdik. Axı bu qaydalar dünən yaranmayıb. Bəs niyə bu gün problemə çevrilib?

Biz Oğuz türküyük, zəngin tariximiz, mədəniyyətimiz və milli kimliyimiz var. Bunları qorumaqla yanaşı, fərqli düşüncələrə hörmət etməyi də bacarmalıyıq.

Əziz valideynlər, övladlarınıza öz dünyagörüşünüzü məcburən qəbul etdirməyin. Onlara düşünməyi, öyrənməyi və şüurlu seçim etməyi öyrədin.

Unutmayaq: təhsilin məqsədi itaətkar nəsil deyil, savadlı, azad düşüncəli və məsuliyyətli insanlar yetişdirməkdir”.\\axsam.az

Paylaş: