Dortmund “Borussiya”sı UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək oyun üçün Bakıya yola düşüb.
YENİERA.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, “Sabah” – “Borussiya” (Dortmund) matçı sabah saat 20:45-də Bakı Olimpiya Stadionunda oynanılacaq.






