Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7006
  • EUR 1.9041
  • 100 RUB 2.1048
  • GBP 2.2738
  • 100 TRY 3.4205
  • CNY 0.2547
  • GEL 0.6547
  • 100 KZT 0.3769
  • 100 UAH 3.7556
  • AED 0.4631
Dünya

Vuçiç: Serbiyanın əsas xarici siyasət hədəfi Aİ-yə üzv olmaqdır

Vuçiç: Serbiyanın əsas xarici siyasət hədəfi Aİ-yə üzv olmaqdır

Avropa İttifaqına qoşulmaq Serbiyanın əsas xarici siyasət hədəfi olaraq qalır.

Yeniera.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Euronews” telekanalına müsahibəsində deyib.

O, ölkənin Avropaya inteqrasiya istiqamətində öz kursunu və lazımi islahatları davam etdirəcəyini vurğulayıb.

“Mən dövlətə rəhbərlik etdiyim müddətdə Serbiya lazımi islahatları həyata keçirmək üçün sadiq və qətiyyətlə Avropa yolunda möhkəm qalacaq”, – Serbiya lideri qeyd edib. Onun sözlərinə görə, Aİ-yə üzvlük prioritet olaraq qalır, çünki ölkə oraya aiddir.

Rusiya-Ukrayna münaqişəsindən danışan Vuçiç qeyd edib ki, Belqrad mümkün sülh danışıqları üçün iki ölkənin prezidentləri Vladimir Putin və Volodimir Zelenskini qəbul etməyə hazırdır.

Paylaş: