• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İdman

Tanınmış bloqerin “Qarabağ”la bağlı paylaşımı etiraz doğurdu- “Bir qorxum var ki...”

27 Avqust, 25 / 13:30
A A
Tanınmış bloqerin “Qarabağ”la bağlı paylaşımı etiraz doğurdu- “Bir qorxum var ki...”

Bu gün Bakı vaxtı ilə 20:45-dən etibarən Azərbaycan xalqının qəlbi “Qarabağ”la döyünəcək. Futbol klubumuz Çempionlar Liqasının Liqa mərhələsinə düşmək üçün sezonun ən həlledici oyununa çıxır.

Rəqib ilk oyunda 3-1 hesabı ilə qalib gəldiyimiz Macarıstan çempionu “Ferensvaroş”dur.

Oyunla bağlı ən müxtəlif proqnozlar var. 2 top fərqi ilə öndə olmağımıza baxmayaraq, hər kəs narahatçılığını bölüşür. Buna səbəb də, “Fradi” ləqəbli rəqibimizdir. “Ferensvaroş” ilk oyundakı məğlubiyyətə baxmayaraq, iddialı danışır, “Qarabağ”a şok yaşadacağını bildirir…

Yeniera.az Musavat.com-a istinadən xəbər verir ki, tanınmış texnobloqer Fərid Pərdəşünasın axşamkı oyunla bağlı öz feysbuq səhifəsinə paylaşdığı status izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. O, “köhlən atlar”ın qruplara düşə bilməyəcəyini qeyd edib. Bu da azarkeşlərin etirazına səbəb olub. Bloger yazır: “Düşünürəm ki, oyun heç də asan keçməyəcək. Rəqib oyundan əvvəl iddialı çıxışları ilə “Qarabağ” üzərində artıq psixoloji basqı yaradıb. Amma qarşılarında da buz kimi qanlı Qurban Qurbanovun komandası var. Oyundan sonra rəqib mərhələdən kənarda qalsa, düşünürəm ki, bu eqoist danışıqlarının payını mütləq vermək lazımdır.

Ümumiyyətlə bu il “Qarabağ” çox iddialı gəlir. 5 Çempionlar Liqası oyunu və 5 qələbə. Bu “Qarabağ”ın güclü halıdırmı? Məncə yox. Daha yaxşı vəziyyətdə olduğumuz anlar olub. Bəs 5 qələbə təsadüfidirmi? Qətiyyən yox. Sadəcə…

Sadəcə bu dəfə “Qarabağ” bir şeyi edir. Daha doğrusu etmir. Bəli, “Qarabağ” səhv etmir. Klub bundan əvvəl ən önəmli anlarda fərdi səhvlərlə çox yaxşı yerlərdən kənarda qalıb. Əvvəllər Şahruddinlə olan kritik səhvlər, “Braqa” və “Leverkuzen” oyununda Elvinin ehtiyac olmadan aldığı qırmızılar komandanı çox pis vəziyyətdə qoyub.

İndi isə 5 oyundur ki, səhv yoxdur. Bəli, “Qarabağ” fərdi səhv etmir deyə bu vəziyyətə gəlib. Əvvəllər isə fərdi səhvlər çox olduğundan ən önəmli məqamda kənarda qala bilib.

Bu oyun “Qarabağ” üçün ölüm-dirim oyunu olmalıdır. Artıq uşaq da deyə bilər ki, komandanın bu oyunda əsas məqsədi qırmızı almamaq və fərdi səhv etməmək olmalıdır. Lap 2-0 geriyə düşsən də bunlar olmasa “Qarabağ” güclü cavab verməyə qadirdir.

Oyuna gəlincə. Açığı bir qorxum var ki, oyun arzulamadığımız kimi keçəcək və mərhələdən kənarda qalacağıq. Çünki bura qədər rahat gəlmək heç inandırıcı gəlmir və düşünürsən ki, sonunda ağır zərbəsi olacaq bunun. Amma bir tərəfdən də “Qarabağ” çox inanmadığımız şeyləri edib. Ola bilər ki, anidən 3-4 fərqlə rəqibi meydandan silələr.

İstənilən halda bu axşam doğma klubu dəstəkləmək üçün stadionda olacam və çox ümid edirəm ki, 8 il sonra ÇL-in əsas mərhələsinə düşdüyümüz üçün şəhərdə bayram ab-havası yaşayacağıq”.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq

Növbəti Yazı

1 sentyabrda veriləcək o TARİXİ qərar - Ermənistan bu səhvi də eləsə...  

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.