Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Elburus İsmayılov VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»AEM: Qeyri-tibb müəssisələrində yoxlamalar yalnız şikayətlər əsasında aparılır

AEM: Qeyri-tibb müəssisələrində yoxlamalar yalnız şikayətlər əsasında aparılır

Cəmiyyət Ariz Əhədov27.08.2025 - 15:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qeyri-tibb müəssisələrində yoxlamalar yalnız şikayət və ya araşdırma əsasında aparılır.

Yeniera.az xəbər veri ki, bu fikirləri Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.

Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir:

“Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər”.

T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:

“Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir. Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə, fiziki şəxslərə 2-3 min manat, vəzifəli şəxslərə 5-10 min manat, hüquqi şəxslərə isə 20-30 min manat cərimə nəzərdə tutulur. Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız məhkəmənin qərarından sonra qüvvəyə minir”.

AEM rəsmisi əlavə edib ki, əgər həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir:

“Bundan sonra məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir. İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluqda araşdırılır”.

Bənzər Xəbərlər

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

18.06.2026 - 23:28Ariz Əhədov

Bu ixtisas qruplarının ballarında ARTIM OLACAQ

18.06.2026 - 20:26Ariz Əhədov

Gələn həftə 3 gün ardıcıl iş olmayacaq

18.06.2026 - 20:13Ariz Əhədov

Bu rayonda 9 saat qaz olmayacaq

18.06.2026 - 20:00Ariz Əhədov

Hüseyn Orucəliyev vəfat etdi - FOTO

18.06.2026 - 19:03Ariz Əhədov

Yüksək musiqi səsləndirən məşhur restoran cərimələndi - DİN-dən AÇIQLAMA

18.06.2026 - 16:39Ariz Əhədov

Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - RƏSMİ

18.06.2026 - 15:50Ariz Əhədov

Goranboyda məmurun vətəndaşa kobudluq etməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

18.06.2026 - 12:52Ariz Əhədov

Sabah 40°-yə yaxın isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 767

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.