Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bu həftə ərzində Qətər, Səudiyyə Ərəbistanı və İsveçrədə bir sıra görüşlər keçiriblər.
Yeniera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, 29 avqust ABŞ-nin Nyu-Yorkda prezident Donald Trampın komandası ilə də görüş planlaşdırılır.
Ukrayna Prezidenti Rusiyaya qarşı çəkindirici tədbirlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Vüsal Ömərov

