“Kıraç Holding”in qurucusu İnan Kıraç səhhətində yaranan ciddi problemlər səbəbindən ailəyə məxsus Amerikan Xəstəxanasında reanimasiyaya yerləşdirilib.
Yeniera.az xəbər verir ki, Oda TV-nin məlumatına görə, uzun müddətdir atası ilə küsülü olan qızı İpek Kıraç da atasının yanında olub.
İpek Kıraç daha əvvəl ailədaxili və hüquqi mübahisələr səbəbindən atası ilə əlaqələrinin gərgin olduğunu bildirmiş, lakin sonradan münasibətlərinin normallaşdığını elan etmişdi.
Hazırda İnan Kıraçın səhhəti ilə bağlı həkim müşahidələri davam etdirilir.
Gülnar Həmidova

