Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7006
  • EUR 1.9041
  • 100 RUB 2.1048
  • GBP 2.2738
  • 100 TRY 3.4205
  • CNY 0.2547
  • GEL 0.6547
  • 100 KZT 0.3769
  • 100 UAH 3.7556
  • AED 0.4631
Dünya

ABŞ-də kilsəyə hücum edən şəxsin YouTube kanalında – ŞOK GÖRÜNTÜLƏR

ABŞ-də kilsəyə hücum edən şəxsin YouTube kanalında –  ŞOK GÖRÜNTÜLƏR

ABŞ-nin Minneapolis şəhərində yerləşən  kilsədə baş verən silahlı hücum nəticəsində azı iki uşaq həlak olub, 17 nəfər isə yaralanıb.

Yeniera.az Associated Press-ə istinadən xəbər verir ki, hücumun əsas şübhəlisi Robin Vestman olub.

Məlumata görə, o atəş açdıqdan sonra özünü öldürüb.

Bildirilir ki, Vestman hücumda istifadə etdiyi silahların hamısını qanuni yolla əldə edib. Bu barədə Minneapolis Polis İdarəsinin rəisi Brayan O’Hara məlumat verib.

Ən çox diqqət çəkən məqam isə şübhəlinin şəxsi YouTube kanalında yer alan ekstremist və zorakılığa çağırış xarakterli paylaşımlardır. Məlumatda deyilir ki, kanalda “Donald Trampı öldürün!” kimi təxribatçı ifadələr yer alıb və bu, istintaq orqanlarının xüsusi diqqətinə səbəb olub.

Vüsal Ömərov

Paylaş: