İqtisadiyyat və Sülh İnstitutunun hər il dərc etdiyi 2025 Qlobal Sülh İndeksi açıqlanıb.
Yeniera.az xəbər verir ki, siyahıda əsasən dinc ölkələr sıralanır.
Uzun illərdir siyahıya başçılıq edən İslandiya bu il də dünyanın ən dinc ölkəsi olaraq qalıb. Onu İrlandiya, Yeni Zelandiya, Avstriya və İsveçrə izləyir.
Siyahıda Asiya ölkələrindən Singapur, Yaponiya, Malayziya yer alıb.
Digərləri isə daha çox Avropanın müxtəlif yerlərini əhatə edən ölkələr olub. Bunların içində Portuqaliya, Danimarka, Sloveniya, Finlandiya, Çexiya, Belçika, Macarıstan, Hollandiya, Almaniya və Xorvatiya var.
Eyni zamanda Şimali Amerikadan Kanada təmsil olunub. Dünyadan uzaq qitə sayılan Avstraliya da siyahıda iştirak edib.
Gülnar Həmidova

