Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qurban Qurbanovdan məşqçi yox aktyor olar – sabiq deputat
  • Çingiz Abdullayev Polad Bülbüloğlunun evlənməsi haqda danışdı və ŞOK açıqlama verdi
  • Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»“O işgəncələri atam edib…” – 14 yaşlı yeniyetmənin qardaşı

“O işgəncələri atam edib...” - 14 yaşlı yeniyetmənin qardaşı

Hadisə Ariz Əhədov02.09.2025 - 12:48
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Anam öləndən sonra bizə xalam baxıb, məni də, qardaşımı da o saxlayıb. Onun qardaşıma işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır, onlar atamın etdikləridir”.

Yeniera.az xəbər verrir ki, bu sözləri “Qafqazinfo”ya valideynlərini itirən və xalası tərəfindən işgəncələrə məruz qaldığı deyilən 14 yaşlı Ü.M-nin qardaşı 21 yaşlı F.Məmmədov bildirib.

Onun sözlərinə görə, atası Vüsal Məmmədov narkotik aludəçisi olub və daim ailəsinə şiddət göstərib. Hətta anası Fəridə Novruzovanı azyaşlı qardaşının gözü qarşısında qətlə yetirib. Bundan sonra isə o, ağır psixoloji travma alıb: “O izlər 5-6 il əvvəldən qalan işgəncə izləridir. Narkotik istifadəçisi idi, psixoloji problemləri var idi. Mənim özümə də işgəncələr verib. Anam onun işgəncələrinin qarşısını almağa çalışırdı. 2019-cü ildə atam anamı qətlə yetirib. Məlumata görə, özü də həbsxanada ölüb. Qətl qardaşımın gözünün qabağında olub, ona görə uşaq ağır psixoloji travma alıb. O vaxtdan da məktəbə getmir, psixoloji müalicə alır…

Qonşularımız anamın sağlığında bir dəfə də olsun, bizim qapımızı açmayıblar. Qapımızı döyüb bir şeyə ehtiyacınız varmı deyə soruşmayıblar. Qardaşımı çay içmək adı ilə evə çağırıb belə bir video çəkiblər. Nə məqsədlə etdiyini də dəqiq bilmirəm”.

F.Məmmədov qeyd edib ki, onlara qəyyumluq edən xalasının qardaşına işgəncə verməsinə heç vaxt imkan verməz: “Uşaq nəsə səhv hərəkət, nadinclik edəndə bütün valideynlər ona bir şillə vurur. Xalam da bir valideyndir, onun da tərəfini tutmuram, demirəm ki, vurmayıb. Amma işgəncə vermək heç vaxt olmayıb. Mənim olanım-qalanım bir qardaşımdır. Heç mən də icazə vermərəm ki, qardaşımı işgəncə versinlər”.

Qeyd edək ki, sosial şəbəkədə 14 yaşlı yeniyetməyə xalası tərəfindən ağır işgəncələr verilməsi ilə bağlı iddialar yayılmışdı. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Faktın təsdiqlənəcəyi təqdirdə yeniyetmənin qəyyumunun əlindən alınaraq sığınacağa yerləşdiriləcəyi bildirilir.

Bənzər Xəbərlər

28.08.2026 - 01:38Gülnar Əliyeva

Qurban Qurbanovdan məşqçi yox aktyor olar - sabiq deputat

27.08.2026 - 23:45Gülnar Əliyeva

Çingiz Abdullayev Polad Bülbüloğlunun evlənməsi haqda danışdı və ŞOK açıqlama verdi

27.08.2026 - 23:43Gülnar Əliyeva

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ - FOTO

27.08.2026 - 23:41Gülnar Əliyeva

Vəzifəli şəxs qəfil öldü - FOTO

27.08.2026 - 23:24Gülnar Əliyeva

Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik müəmma və...

27.08.2026 - 23:21Gülnar Əliyeva

Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO

27.08.2026 - 23:00Gülnar Əliyeva

“Qarabağ” avrokuboklarla vidalaşdı

27.08.2026 - 19:00Gülnar Əliyeva

Bakıda yaşayanlara vacib xəbər:Avqustun 27-si saat 22:00-dan etibarən...

27.08.2026 - 18:14Gülnar Əliyeva

Bu 3 bürc üçün hər şey dəyişir: Gözlənilməz XƏBƏR ALACAQSINIZ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 902

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 989

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 941

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 757
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.