• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

HP dövlət büdcəsinin icrası ilə bağlı risklər barədə xəbərdarlıq edib

08 Sentyabr, 25 / 16:19
A A
HP dövlət büdcəsinin icrası ilə bağlı risklər barədə xəbərdarlıq edib

Azərbaycan Hesablama Palatası 2025-ci ilin ilk yarısına dair dövlət büdcəsinin icrası üzrə təhlillərində bir sıra risklərlərlə bağlı xəbərdarlıq edib.

Yeniera.az bu barədə Palatanın hesabatına istinadən xəbər verir.

Qurumun hesabatında bildirilir ki, baxılan dövrün nəticələri müsbət meyllərlə yanaşı, müəyyən problemlərin də mövcudluğunu ortaya qoyur.

Palatanın açıqlamasına görə, dövlət büdcəsi gəlirlərinin artımında əsas pay neft gəlirlərinə, xüsusilə Azərbaycan Dövlət Neft Fondundan transfertlərə məxsus olub. Belə ki, bu ilin yanvar-iyun aylarında gəlirlər 961,1 milyon manat artsa da, bunun 728,9 milyon manatı və ya 75,8 %-i məhz neft gəlirlərinin hesabına təmin edilib.

Hesabatda qeyd edilir ki, bəzi hallarda gəlirlərin icrası zamanı hüquqi aktlarda edilmiş dəyişikliklər nəzərə alınmayıb. Məsələn, ləğv edilmiş dövlət rüsumu üzrə 1,2 milyon manat vəsait yenə də büdcəyə daxil edilib.

Qurum həmçinin vurğulayıb ki, bəzi xərc istiqamətləri üzrə büdcə intizamı aşağı səviyyədə qalmaqdadır. Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,1 milyard manat icra olunub ki, bu da illik təsdiq edilmiş məbləğin cəmi 41,3 %-ni təşkil edir.

Digər mühüm məqam isə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilməsi olub. Halbuki, “Büdcə sistemi haqqında” Qanunda belə bir mexanizm nəzərdə tutulmayıb. Hesabat dövründə bu məqsədlə 1,4 milyard manata yaxın vəsait istifadə edilib.

Hesablama Palatası həmçinin Təminat Fonduna qaytarılması nəzərdə tutulan vəsaitlərin icrasının aşağı olduğunu açıqlayıb. Belə ki, cari ildə qaytarılması nəzərdə tutulan 203,7 milyon manatdan yalnız 10,7 milyon manatı bərpa olunub.

Sənəddə əlavə olaraq qapalı hərrac mexanizminin də uzunmüddətli perspektivdə risklər yaratdığı bildirilib. Qurum qeyd edib ki, bu mexanizm qısamüddətli öhdəliklərin idarə edilməsində effektiv olsa da, yeni investorların bazara cəlb edilməməsi likvidlik imkanlarını məhdudlaşdırır və borc bazarının şaxələnməsi potensialını azaldır.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək

Növbəti Yazı

16 yaşlı idmançı yarış vaxtı öldü

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.