Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO
  • Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA
  • Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Pakistan və Azərbaycan “ASAN Xidmət” mərkəzinin yaradılması barədə razılığa gəliblər

Pakistan və Azərbaycan "ASAN Xidmət" mərkəzinin yaradılması barədə razılığa gəliblər

Siyasət Ariz Əhədov11.09.2025 - 10:56
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Pakistan və Azərbaycan sentyabrın 10-da İslamabadda “ASAN Xidmət” mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Yeniera.az Pakistan KİV-inə istinadən xəbər verir ki, bu, vətəndaşlara xidmətlərin sadələşdirilməsini hədəfləyən bir pəncərə prinsipi əsasında fəaliyyət göstərəcək dövlət xidməti mərkəzi olacaq və idarəçilik, rəqəmsal islahatlar sahəsində daha geniş əməkdaşlığın tərkib hissəsi kimi nəzərdə tutulur.

Pakistan Baş nazirinin ofisinin yaydığı məlumata görə isə bu qərar Şahbaz Şərifin Bakıya son səfərindən sonra qəbul olunub. O, səfər çərçivəsində Azərbaycanın “ASAN Xidmət” mərkəzlərindən birini ziyarət edib.

Modeldən ilhamlanan Baş nazir aidiyyəti qurumlara layihənin Azərbaycan tərəfinin texniki dəstəyi ilə həyata keçirilməsi tapşırığını verib.

“Bu, ictimai xidmətlərin göstərilməsində inqilabi addımdır”, – deyə Ş.Şərif “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev ilə görüşündə bildirib.

Diqqətə çatdırılıb ki, İslamabadda fəaliyyət göstərəcək mərkəz bir çox dövlət xidmətlərini bir məkanda birləşdirəcək. Burada şəxsiyyət vəsiqələrinin rəsmiləşdirilməsi, biznesə dəstək və digər xidmətlər üzrə inteqrasiya olunmuş xidmətlər təqdim ediləcək. Rəsmi şəxslərin sözlərinə görə, bu addım bürokratiyanı azaldacaq və şəffaflığı artıracaq.

Ş.Şərif bildirib ki, yeni mərkəzdə bütün təyinatlar yalnız şəffaf prosedurlar əsasında aparılacaq. O, həmçinin planlaşdırılan Biznesə Dəstək Mərkəzinin də həmin struktura daxil edilməsini tapşırıb ki, vətəndaşlar və sahibkarlar vahid xidmətlərdən yararlana bilsinlər.

“Mərkəz bizim nağdsız iqtisadiyyata keçidimizi dəstəkləyəcək və digər şəhərlərdə də tətbiq oluna biləcək model rolunu oynaya bilər”, – deyə Baş nazir əlavə edib və Azərbaycan hökumətinə texniki dəstəyinə görə təşəkkürünü bildirib.

Görüş çərçivəsində “ASAN Xidmət” ilə Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında saziş imzalanıb. Hər iki tərəf bu addımı idarəçilik və dövlət sektoru innovasiyaları vasitəsilə ikitərəfli münasibətlərin dərinləşdirilməsinə doğru mühüm addım kimi xarakterizə edib.

Pakistan xarici işlər naziri İshaq Dar, planlaşdırma və inkişaf naziri Əhsən İqbal, informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima və digər yüksək vəzifəli şəxslər imzalama mərasimində iştirak ediblər.

Bənzər Xəbərlər

24.04.2026 - 23:43Ariz Əhədov

Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO

24.04.2026 - 22:50Ariz Əhədov

Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 22:23Ariz Əhədov

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Bu qədər olacaq...

24.04.2026 - 18:20Ariz Əhədov

Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 17:37Ariz Əhədov

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

24.04.2026 - 17:25Ariz Əhədov

TƏBİB islahatlarla bağlı yeni açıqlama YAYDI

24.04.2026 - 16:52Ariz Əhədov

“Bakı Marafonu 2026” qaliblərinə veriləcək mükafatlar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 199

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 000

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 922

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 119
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.