ABŞ Senatı Cey Kleytonu Milli Kəşfiyyat direktoru vəzifəsinə təsdiqləyib.
Yeniera.az “The Guardian”a istinadən xəbər verir ki, bununla Tramp ABŞ-nin kəşfiyyat aparatına rəhbərlik edən əsas vəzifələrdən birinə daha bir yaxın şəxsi gətirib.
Senatda keçirilən səsvermədə Kleytonun namizədliyi 51 səslə təsdiqlənib. Səsvermə, demək olar ki, tamamilə partiya xətti üzrə keçib: bütün respublikaçı senatorlar Kleytonu dəstəkləyib, demokratlar isə onun namizədliyinə qarşı çıxıblar (47 səslə).
Hazırda Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru vəzifəsini tutan Kleyton iyundan etibarən milli kəşfiyyat direktoru vəzifəsini müvəqqəti icra edən Bill Pulteni əvəzləyəcək.
Kleyton Trampın ilk prezidentliyi dövründə Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri olub. Trampın ilk milli kəşfiyyat direktoru Tulsi Qabbard isə bu ilin əvvəlində vəzifəsindən istefa verib.

