Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
  • Məşhur cütlük meşə yanğınları səbəbindən Fransadakı mülklərini tərk ediblər
  • Şahin Bağırov yeni idarə yaratdı – Rəis təyin etdi (FOTO)
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”

“Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”

İqtisadiyyat Gülnar Əliyeva29.07.2026 - 11:59
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev ilə müsahibə

– İbrahim müəllim, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin son illərdəki elmi-metodoloji fəaliyyəti diqqətəlayiq dərəcədə artıb. Bu strateji xəttin arxasında hansı zərurət dayanır?

– Bilirsiniz, inkişaf etmiş ölkələrin təcrübəsi aydın göstərir ki, elmi-metodoloji təməli olmayan bir sahənin davamlılığından və nüfuzundan söz açmaq mümkün deyil. AQC olaraq biz sadəcə gündəlik qiymətləndirmə fəaliyyəti ilə kifayətlənmirik, bu sənətin nəzəri və metodoloji sütunlarını inşa edirik.

Açıq etiraf etmək lazımdır ki, Azərbaycanda qiymətləndirmə sahəsinin vahid elmi konsepsiyasını formalaşdıran, beynəlxalq standartları milli qanunvericiliklə inteqrasiya edən və bu yükü illərdir ardıcıl şəkildə çəkən əsas və aparıcı qüvvə məhz AQC-dir. Bizim üçün elmi-metodoloji fəaliyyət hər hansı bir istiqamət deyil, Cəmiyyətin bütün missiyasının özəyidir.

– Son illərdə AQC xüsusilə hansı mühüm layihələrlə yaddan qaldı? Cəmiyyətin fəaliyyətində hansı yeniliklər baş verib?

– Son dövrlər AQC üçün keyfiyyətcə yeni bir mərhələdir. Biz institusional inkişafa böyük təkan vermişik. Təşkilati strukturun təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xüsusilə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) çərçivəsində regional liderliyimizin möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atmışıq.

Eyni zamanda, gənc kadrların sektora gətirilməsi, peşəkar etik kodeksin tətbiqi və qiymətləndirmə fəaliyyətinin rəqəmsallaşdırılması ilə bağlı fundamental işlər görmüşük. Bu gün AQC təkcə daxili bazara deyil, beynəlxalq müstəviyə sözünü deyən, institusional baxımdan tam formalaşmış unikal bir platformadır.

– AQC-nin təsis etdiyi “Qiymətləndirmə” elmi-praktik jurnalı da bu yeniliklərdən biridir. Jurnal hansı boşluğu doldurur?

– Təəssüf ki, uzun illər ölkəmizdə qiymətləndirmə üzrə elmi tədqiqatları bir araya gətirən sistemli platforma yox idi. AQC bu tarixi boşluğu növbəti dəfə öz üzərinə götürərək “Qiymətləndirmə” jurnalını təsis etdi.

Bu jurnal sadəcə bir nəşr deyil; qiymətləndiricilərin, bankirlərin, məhkəmə ekspertlərinin və iqtisadçıların vahid elmi masasıdır. Burada həm milli, həm də xarici mütəxəssislərin araşdırmaları yer alır. AQC bu adımı ilə ölkədə qiymətləndirmə üzrə milli elmi məktəbin əsasını qoymuş oldu.

– Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların proqram və suallarının hazırlanmasında AQC-nin rolu nə dərəcədə vacibdir?

– Bu prosesdə AQC-nin iştirakı sadəcə formal xarakter daşımır, məzmunu və keyfiyyət standartlarını doğrudan da biz müəyyən edirik. Çünki sahənin dərinliklərinə, praktiki incəliklərinə və Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVS) ən hakim qurum Cəmiyyətimizdir.

Suallar namizədlərin sırf hafizəsini deyil, analitik təfəkkürünü və etik prinsiplərə riayət etmə bacarığını ölçür. Biz bazara yüksək ixtisaslı kadrların daxil olmasında əsas filtr rolunu oynayırıq və bu standarta xələl gəlməsinə yol verə bilmərik.

– AQC tərəfindən təşkil edilən hazırlıq kurslarını digərlərindən fərqləndirən əsas üstünlük nədir?

– Bizim fərqimiz nəticəyönümlü və sistemli yanaşmamızdadır. İmtahana hazırlıq kursları çox ola bilər, lakin həqiqi peşəkar qiymətləndirici formalaşdıran mühit məhz AQC-dədir.

Proqramlarımız sadəcə nəzəriyyədən ibarət deyil. İştirakçılar daşınmaz əmlak, biznes, avadanlıqlar və investisiya layihələrinin реаl hesabatları üzərində işləyirlər. Təlimləri sahənin ən təcrübəli ekspertləri keçir. Ən başlıcası isə, AQC öz məzunlarını kursdan sonra da tək qoymur, onlara daimi elmi-metodoloji dəstək göstərir.

– Gələcək hədəflər barədə nə deyə bilərsiniz? AQC sektora hansı yenilikləri gətirməyi planlaşdırır?

– Biz strateji olaraq sahənin gələcəyini dizayn edirik. Əsas hədəfimiz rəqəmsal qiymətləndirmə metodologiyalarının, süni intellekt alətlərinin və avtomatlaşdırılmış kütləvi qiymətləndirmə modellərinin sektora inteqrasiyasıdır.

Müasir qiymətləndirici yalnız hesabat yazan deyil, böyük verilənləri (Big Data) təhlil edən risk analitiki olmalıdır. Bu dönüşümü ölkədə həyata keçirə biləcək elmi və kadramalpotensiala malik yeganə mərkəz AQC-dir və biz bu missiyanı qətiyyətlə davam etdirəcəyik.

– Son olaraq, bu sahəyə yeni qədəm qoyacaq gənclərə nə tövsiyə edərdiniz?

– Qiymətləndirmə çoxşaxəli və məsuliyyətli sənətdir. Gənclərə tövsiyəm odur ki, davamlı öyrənməyə açıq olsunlar, analitik düşüncəni inkişaf etdirsinlər və peşə etikasını hər şeydən uca tutsunlar. Peşəkar inkişaf üçün isə doğru unvanı — bu sahənin təcrübə və bilik mərkəzi olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini seçsinlər. Unutmaq olmaz ki, güclü elmi-metodoloji baza üzərində qurduğumuz bu sistem ölkə iqtisadiyyatının və investisiya mühitinin etibarlılığının təməl zəmanətidir.

Bənzər Xəbərlər

30.07.2026 - 13:03Gülnar Əliyeva

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

30.07.2026 - 12:50Gülnar Əliyeva

Məşhur cütlük meşə yanğınları səbəbindən Fransadakı mülklərini tərk ediblər

30.07.2026 - 12:33Gülnar Əliyeva

Şahin Bağırov yeni idarə yaratdı - Rəis təyin etdi (FOTO)

30.07.2026 - 12:20Gülnar Əliyeva

Bloomberg: İsrail F-35 kimi döyüş dronları yaratmaq istəyir

30.07.2026 - 12:06Gülnar Əliyeva

Mərakeşdən İspaniyaya son ayların ən böyük miqrant axını

30.07.2026 - 11:38Gülnar Əliyeva

ABŞ ÜST-ün maliyyələşdirilməsini dayandırdı

30.07.2026 - 11:25Gülnar Əliyeva

Vəli Quliyev şöbə müdirini vəzifədən azad etdi

30.07.2026 - 11:12Gülnar Əliyeva

İraqın Baş nazirinin Səudiyyə Ərəbistanına səfəri ləğv edildi

30.07.2026 - 11:00Gülnar Əliyeva

Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 337

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 591

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 624

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 488
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.