“ABŞ-dən təklif almışıq”
Litva Prezidenti Gitanas Nausedanın sözlərinə görə, Litva ABŞ-dən Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi əməliyyatına qoşulmaq təklifi alıb.
Yeniera.az xəbər verir ki, bu haqda LRT məlumat yayıb.
“Biz ABŞ-dən Hörmüz boğazında naviqasiyanın bərpası üçün koalisiyaya qoşulmaq təklifi almışıq. Mən bu təklifi yaxın vaxtlarda Dövlət Müdafiə Şurasına təqdim etmək niyyətindəyəm”, – Litva dövlət başçısı bildirib.
Nauseda əlavə edib ki, əməliyyat “sülh xarakterli” olacaq və bu cür təşəbbüslərdə iştirak Amerika hərbçilərinin Litvada davamlı mövcudluğunu təmin edəcək.

