Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
  • Nəhəng casusluq əməliyyatı başladı – Ərdoğan və nazirlərin məlumatlarına giriblər
  • Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? – Mərkəzi Bankdan açıqlama
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Adnan Əhmədzadənin vəkilindən DTX-ya şikayət olundu

Adnan Əhmədzadənin vəkilindən DTX-ya şikayət olundu

Gündəm Ariz Əhədov23.09.2025 - 13:37
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bir neçə gün öncə həbs olunan iş adamı, SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevlə bağlı qalmaqallı vəziyyət ortaya çıxıb.

Yeniera.az xəbər verir ki, tanınmış hüquqşünas Əkrəm Həsənov Şaiq Mirzəyevin dövlət işççisi olduğunu bildirərək, onun vəkillik etməsini qanunsuz sayıb. Ə.Həsnovun sözlərinə görə, Ş.Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiridir (//obs.gov.az/…/huquq-kadrlar-ve-senedlerle-ish…).

“Halbuki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutması və ya fəaliyyət növü ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozma sayılır. Problem Mirzəyevin vəkil olmasında deyil. Vəkil ola bilər. Amma işəgötürəndən başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz. Mirzəyev dünən özü bildirib ki, Əhmədzadənin istəyi ilə onu müdafiə edir. Deməli, ödənişli əsaslarla. Bu isə korrupsiyaya şərait yaradan hüquqpozma sayıla bilər. Məsələyə qiymət verilməsi və tədbir görülməsi üçün Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məktubla müraciət etmişəm”, – deyə Ə.Həsənov bildirib.

“Məsələnin digər tərəfi də var. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın (//sosial.gov.az/storage/articles/1817046057673349.pdf) 7-ci bəndinə əsasən, əməkdaş elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, çalışdığı qurumun rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Həmçinin əməkdaş əmək fəaliyyətinə və iş qabiliyyətinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidir. Yəni bu norma da pozulub.

Nəhayət, sağlam məntiq baxımdan həftədə azı bir neçə dəfə nəinki Bakıda, həmçinin regionlarda vəkillik fəaliyyəti göstərən şəxs “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin Hüquq, kadrlar və sənədlərlə iş departamentinə necə müdirlik edir görəsən? İşlədiyi qurumda qanunçuluğu təmin etməli olduğu halda qanunu pozur? Kadrların iş vaxtının uçotuna nəzarət etməli olduğu halda özü iş yerində olmur? Axı dövlətdən, yəni bizim hesabımıza əmək haqqı alır. Niyə?”, – hüquqşünas əlavə edib.

Ə.Həsənov bildirib ki, vətəndaş olaraq ictimai nəzarəti həyata keçirmək, problemləri ictimailəşdirmək və aidiyyəti qurumların diqqətinə çatdırmaq hər kəsin borcudur.

Adnan Əhmədzadə ötən həftə DTX tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı çıxarıb.

Adnan Əhmədzadə Azərbaycanın “Azeri Light” markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılır. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilir.

Adnan Əhmədzadə dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də məşhurlaşıb.

Bənzər Xəbərlər

26.09.2026 - 02:26Gülnar Əliyeva

İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər

25.09.2026 - 23:45Gülnar Əliyeva

Nəhəng casusluq əməliyyatı başladı - Ərdoğan və nazirlərin məlumatlarına giriblər

25.09.2026 - 23:34Gülnar Əliyeva

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? – Mərkəzi Bankdan açıqlama

25.09.2026 - 23:30Gülnar Əliyeva

Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR

25.09.2026 - 22:55Gülnar Əliyeva

Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR 

25.09.2026 - 22:40Gülnar Əliyeva

Məkkə sazişi işə düşür? - Qərargah rəisləri toplandı, Türkiyədən XƏBƏRDARLIQ

25.09.2026 - 22:25Gülnar Əliyeva

Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar...

25.09.2026 - 22:10Gülnar Əliyeva

Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı

25.09.2026 - 22:00Gülnar Əliyeva

Bu universitetin prorektoru vəzifəsindən azad edildi - İDDİA

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 111

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 132

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 048

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 834
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.