Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xırdalanda FACİƏ: ailəsi evdən kişinin meyitini tapdı
  • SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI
  • Rufa Hüseynova vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Amnistiyaya bu məhkumlar düşəcək – KATEQORİYALAR

Amnistiyaya bu məhkumlar düşəcək - KATEQORİYALAR

Gündəm Yeni Era16.12.2025 - 14:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.

Yeniera.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

– Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

– bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları.

Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.

Bənzər Xəbərlər

02.03.2026 - 13:38Ariz Əhədov

Sürücülərin NƏZƏRİNƏ - bunu etməsəniz, cərimələnəcəksiz - Video

02.03.2026 - 11:00Ariz Əhədov

5 saat işiq OLMAYACAQ 

28.02.2026 - 23:46Ariz Əhədov

Astara sərhədində təxliyə üçün avtobuslar hazır vəziyyətə gətirildi - FOTO

28.02.2026 - 20:00Ariz Əhədov

Yaşı 60-dan çox olanların NƏZƏRİNƏ

28.02.2026 - 14:12Ariz Əhədov

Azərbaycandan İsraillə bağlı RƏSMİ ÇAĞIRIŞ

28.02.2026 - 13:33Ariz Əhədov

Taleh Quliyevə yeni vəzifə verildi

28.02.2026 - 12:15Ariz Əhədov

Azərbaycan XİN: İRANI TƏRK EDİN

28.02.2026 - 11:45Ariz Əhədov

Uçuşlar ləğv edildi: Təyyarələr Bakıya GERİ QAYIDIR

27.02.2026 - 17:02Ariz Əhədov

bp-yə yeni vitse-prezident təyin olundu - Foto

Ən Çox Oxunanlar

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 522

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 517

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 896

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 597
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.