Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR
  • Moskva sakinlərinə XƏBƏRDARLIQ: SIĞINACAQ AXTARIN
  • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər…”

“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”

Cəmiyyət Ariz Əhədov01.10.2025 - 15:26
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti on dəfə artıraraq 600 manata çatdırılıb. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun (NQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası bu analizi etsə də, vətəndaşa heç bir qəbz təqdim olunmur”. 

Yeniera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə “Gündəlik Azərbaycan” səhifəsinə muxtar respublikada yaşayan vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, ev heyvanlarını Naxçıvandan çıxarmaq istəyənlərdən hava limanı ərazisində sözügedən analizin nəticələri ilə bağlı arayış tələb olunur. Yerli sakin Şirvan Qurbanov itini Bakıya apararkən eyni problemlə üzləşdiyini deyib: “İtimi apardım quduzluğa görə qan analizi götürsünlər. 600 manat pul istədilər. Məcbur qalıb 600 manatı verdim. Ödədiyim pula görə qəbz istədim, güldülər mənə. Bir itin qan analizi üçün bu həqiqətən də uyğun rüşvət deyil”.

Digər sakin Sahib Xudiyev isə Türkiyəyə it aparmaq istəyərkən eyni problemlə qarşılaşıb: “Əvvəllər də Bakıya, Türkiyəyə it göndərmişəm, 50-60 manat verib baytarlıqda qan analizini verə bilirdik. İndi göndərirlər Qida Təhlükəsizliyi İnstitutuna. Orada da deyirlər iti gətir, 600 manat ver qanını analizə verək. Mütəxəsislərdən öyrəndim ki, ötən il bu cür testlər üçün qiymət təxminə 60 manat civarında olub. 3 ayı tamam olmuş bir itin qanını analizə vermək üçün 600 manat alınması insafsızlıqdır. Etiraz etsəm də, xeyri olmadı. Alternativ olmadığı üçün ödəməyə məcbur oldum. Ödədiyim pula görə, qəbz də verilmədi, yalnız analizin nəticəsini verib yola saldılar.”

Şikayətçilər əvvəllər bu analizin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirildiyini, analiz üçün 50-60 manat tələb olunduğunu bildiriblər.

Problemlə bağlı Naxçıvan Qida Təhlükəsizliyi İnstitutuna sorğu ünvanladıq. Məlum oldu ki, sözügedən qurumda hazırda həmin analizlərin aparılması üçün imkanlar yoxdur: “Azərbaycan Respublikasında baytarlıq sahəsi üzrə göstərilən xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq olunmuş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqları” ilə müəyyən edilir. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında aparılan analizlərə görə xidmət haqları qeyd edilən normativ sənədə əsasən tənzimlənir.

Qeyd etmək istəyirik ki, 2024-cü ilin ortalarından fəaliyyətə başladıqdan hazırkı dövrədək Laboratoriyada quduzluq xəstəliyinə qarşı müayinənin aparılması üçün zəruri olan maddi texniki baza mövcud olmadığından bu istiqamətdə heç bir analiz aparılmayıb”.

Belə olan halda vətəndaşlardan alınan 600 manatlıq ödənişin hansı xidmət qarşılığında tələb edilməsi isə məlum deyil.

Məlumat üçün bildirək ki, baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği Baş nazir Əli Əsədovun əmri ilə 2021-ci ildə təsdiq edilib.

Bənzər Xəbərlər

25.06.2026 - 20:24Ariz Əhədov

Moskva sakinlərinə XƏBƏRDARLIQ: SIĞINACAQ AXTARIN

25.06.2026 - 20:18Ariz Əhədov

İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var

25.06.2026 - 19:00Ariz Əhədov

Əməkdar artistin vəziyyəti pisləşdi

25.06.2026 - 17:48Ariz Əhədov

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.06.2026 - 15:40Ariz Əhədov

Prezidentdən daha bir FƏRMAN

25.06.2026 - 14:20Ariz Əhədov

Bu aeroportun direktoru vəzifəsindən azad olundu

25.06.2026 - 13:47Ariz Əhədov

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

25.06.2026 - 13:36Ariz Əhədov

Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları...

25.06.2026 - 11:05Ariz Əhədov

“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 785

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 203

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 064
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.