Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb.
Yeniera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir.
“Mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyulub. Xüsusilə bağırsaqlarında problemlər aşkarlanıb. Hazırda həkim nəzarəti altındadır və əlavə müayinələr aparılır. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildiriblər”, – deyə Vidadi Məmmədov qeyd edib.

