“İstəklilər koalisiyası”na daxil olan Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır, lakin ABŞ-nin bu məsələ ilə bağlı qərar verəcəyini gözləyir”.
Yeniera.az xəbər verir ki, Agence France Presse (AFP) bu barədə Fransa prezidenti Emmanuel Makronun anonim müşavirinə istinadən yazıb.
Mənbənin sözlərinə görə, sentyabrın 4-də Yelisey sarayında videokonfrans vasitəsilə görüş keçiriləcək.
İclasda siyasətçilər Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduqlarını bəyan etməyi planlaşdırırlar. İndi Amerikanın dəstəyini və Vaşinqtonda müvafiq qərarın verilməsini gözləyəcəklər.
Qeyd edək ki, Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ukrayna ilə bağlı “istəklilər koalisiyasının” iclasını keçirmək üçün sentyabrın 4-də Parisdə görüşəcəyi gözlənilir. ABŞ prezidenti Donald Trampın iclasda iştirakı açıqlanmayıb.
Gülnar Həmidova

