Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi

Fransa məhləməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və daha 6 yüksək rütbəli keçmiş məmurun “2012-ci ildə iki jurnalistin ölümü ilə nəticələnən üsyançıların nəzarətində olan şəhərin bombalanması ilə bağlı” həbsinə order verib .

Yeniera.az xəbər verir ki, Britaniyanın “The Sunday Times” qəzetində işləyən 56 yaşlı amerikalı Mari Kolvin və 28 yaşlı fransız fotoqraf Remi Oçlik 2012-ci il fevralın 22-də Homs şəhərində törədilən bombalı hücumda həlak olublar.

Fransa rəsmiləri partlayışı insanlığa qarşı mümkün cinayət, eləcə də müharibə cinayəti kimi araşdırır.

Qeyd edək ki, Əsəddən başqa, o zaman Suriyanın 4-cü Zirehli Diviziyasının faktiki lideri olan qardaşı Mahir Əsəd, kəşfiyyat rəisi Əli Məmlük və o zamankı ordu qərargah rəisi Əli Əyyubi də ittiham olunurlar.

Vüsal Ömərov

Paylaş: