Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İstanbulun sevimli pişikləri şəhərin ayrılmaz simvollarından birinə çevrilib – FOTOLAR
  • Bir ailənin 3 üzvü faciəli şəkildə öldü
  • Ali Məhkəmə qərar qəbul etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

İqtisadiyyat Gülnar Əliyeva11.08.2026 - 11:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Yaxın vaxtlarda kasko sığortası ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.
Bəs kasko sığortası alan sürücü qəza törətdikdə sığorta şirkəti hansı hallarda “pulu mən yox, sən ödəməlisən” deyə bilər? Yeni qaydalar bu kimi mübahisələrin qarşısını həqiqətən ala biləcəkmi?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib ki, kasko könüllü sığorta növü olduğundan, tərəflər arasındakı münasibətlər birbaşa müqavilə və sığorta qaydaları ilə tənzimlənir:

“Qanunvericiliyə və standart şərtlərə əsasən, sığorta şirkətlərinin zərəri ödəməkdən imtina etmək hüququna malik olduğu əsas hallar bunlardır:

Sərxoşluq və ya narkotik vasitələrin təsiri – sürücü qəza baş verdiyi zaman spirtli içki, narkotik və ya digər psixotrop maddələrin təsiri altında olduqda;

Sürücülük hüququnun olmaması – sükan arxasında olan şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadıqda və ya sürücülük hüququ məhdudlaşdırıldıqda;

Qəzanın qəsdən törədilməsi – sığortalının qəzanı qəsdən törətdiyi sübut olunduqda;

Müqavilə şərtlərinin pozulması – məsələn, avtomobil müqavilədə nəzərdə tutulmayan şəxs tərəfindən idarə edildikdə və ya hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilmədikdə”.

Mütəxəssis deyib ki, sığorta şirkətləri heç bir halda məsuliyyətsizliyin və ya qayda pozuntularının maliyyə qalxanına çevrilməməlidir:

“Sığorta mübahisələrinin əsas səbəblərindən biri də zəmanətli təmir və ya dəymiş zərərin pulla ödənilməsi zamanı ehtiyat hissələrinin qiymətlərinin subyektiv şəkildə müəyyənləşdirilməsidir. Hazırda müxtəlif mağazalar və rəsmi servis mərkəzləri eyni detal üçün tamamilə fərqli qiymətlər təqdim edirlər. Bu da sığorta şirkətlərinin “biz bu qədər ödəyirik”, sürücülərin isə “bazar qiyməti qat-qat bahadır” şikayətlərinə yol açır.

Beynəlxalq təcrübəyə uyğunlaşma və şəffaflığın təmin edilməsi çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri də avtomobil ehtiyat hissələrinin qiymətlərinin vahid reyestrinin və ya elektron bazasının yaradılmasıdır. Əgər bu mexanizm tam işlək vəziyyətə gətirilərsə, Azərbaycanda avtomobil sığortasında müasir zərər qiymətləndirmə sistemlərinin tətbiqi zərərlərin daha dəqiq, şəffaf və standartlaşdırılmış şəkildə qiymətləndirilməsinə imkan verə bilər. Almaniya və Avropa İttifaqı ölkələrində istifadə olunan SilverDAT və Audatex kimi sistemlər buna nümunədir.

Belə sistemlər: insan amilindən və subyektiv yanaşmadan asılılığı azalda bilər;

təmir xərclərinin daha dəqiq hesablanmasını təmin edə bilər;

sığorta şirkəti ilə müştəri arasında mübahisələri azalda bilər;

qiymətləndirmə prosesini sürətləndirə bilər;

saxtakarlıq və əsassız ödəniş risklərinin qarşısının alınmasına kömək edə bilər.

Azərbaycanda da Mərkəzi Bankın sığorta sektorunu beynəlxalq prinsiplərə uyğunlaşdırmaq istiqamətində atdığı addımların əsas məqsədlərindən birinin məhz belə şəffaf və rəqəmsal qiymət bazalarının formalaşdırılması olduğunu düşünürəm. Bu, hər bir servis və ya mağazada fərqli qiymət siyasətinin tətbiq edilməsinin qarşısını almağa və sığorta ödənişlərinin tam şəffaf rəqəmlər əsasında hesablanmasına imkan verə bilər”.

Bənzər Xəbərlər

11.08.2026 - 12:21Gülnar Əliyeva

İstanbulun sevimli pişikləri şəhərin ayrılmaz simvollarından birinə çevrilib - FOTOLAR

11.08.2026 - 12:15Gülnar Əliyeva

Bir ailənin 3 üzvü faciəli şəkildə öldü

11.08.2026 - 12:05Gülnar Əliyeva

Ali Məhkəmə qərar qəbul etdi

11.08.2026 - 11:50Gülnar Əliyeva

“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi - Foto

11.08.2026 - 11:38Gülnar Əliyeva

Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...

11.08.2026 - 11:25Gülnar Əliyeva

DİN mühüm açıqlama yaydı:Həmin cihaz vasitəsilə...

11.08.2026 - 11:13Gülnar Əliyeva

Rəşid Mahmudova efir qadağası qoyulub?

11.08.2026 - 10:45Gülnar Əliyeva

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ - İxtisara düşsəniz...

11.08.2026 - 10:35Gülnar Əliyeva

“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 713

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 865

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 839

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 673
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.