Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xalq artistinin vəziyyəti pisləşdi – FOTO
  • “iPhone” işlədənlərə mühüm xəbər – YENİLİK
  • Kamran Əsədovun məhkəməsində hakimdən sual: “Müəllimlərə nə vəd etmişdiniz?”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli – Cavanşir Feyziyev yazır

Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır

Siyasət Ariz Əhədov08.05.2026 - 12:32
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qlobal geosiyasi transformasiyaların sürətlə dərinləşdiyi, iqtisadi və enerji balanslarının yenidən formalaşdığı tarixi bir mərhələdə adətən yalnız diplomatik çərçivə ilə məhdudlaşan dövlətlərarası münasibətlərin real strateji məzmun əldə etməsi zərurəti yaranır.

Azərbaycan–İtaliya münasibətləri uzun illərdir ki, məhz belə bir zərurət əsasında sabit, ardıcıl və qarşılıqlı maraqlara əsaslanan inkişaf xətti üzrə irəliləyir. Bu əlaqələr artıq formal diplomatik çərçivəni aşaraq real strateji tərəfdaşlıq modelinə çevrilib və Avropada ən dayanıqlı ikitərəfli əməkdaşlıq nümunələrindən biri hesab oluna bilər. Tərəflər arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq bu münasibətlərin yalnız iqtisadi deyil, həm də geosiyasi məzmun daşıdığını göstərir.

İtaliya Azərbaycanın Avropadakı ən mühüm iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, xüsusilə enerji sahəsində Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkədir. İki ölkə arasında iqtisadi əlaqələrin əsasını enerji əməkdaşlığı təşkil edir. Azərbaycanın təbii qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına, xüsusilə İtaliya istiqamətində nəqli Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq həm Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini gücləndirir, həm də İtaliyanın enerji təchizatında sabitlik və diversifikasiya imkanlarını genişləndirir.

Eyni zamanda, iqtisadi münasibətlərin miqyası yalnız enerji sektoru ilə məhdudlaşmır. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri kimi çıxış edir və qarşılıqlı ticarət dövriyyəsinin davamlı olaraq yüksəlişi iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq potensialının dərinliyini nümayiş etdirir. Bu əməkdaşlıq sənaye, kənd təsərrüfatı, nəqliyyat və texnologiya sahələrində də yeni investisiya imkanlarının yaranmasına şərait yaradır.

İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirakı bu münasibətlərin praktiki və strateji ölçüsünü daha da gücləndirir. Müasir şəhərsalma yanaşmaları, infrastruktur layihələri və texnoloji həllərin tətbiqi regionda dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfələr verir.

Azərbaycan–İtaliya münasibətlərində siyasi dialoq da ardıcıl və konstruktiv xarakter daşıyır. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirir, qlobal və regional məsələlərdə oxşar mövqedən çıxış edirlər. Bu isə münasibətlərin yalnız ikitərəfli maraqlara deyil, həm də daha geniş beynəlxalq baxışlara əsaslandığını göstərir.

Enerji və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar və təhsil sahəsində əlaqələr də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlı tələbələrin İtaliyanın aparıcı universitetlərində təhsil alması, akademik mübadilə proqramlarının genişlənməsi və birgə təhsil təşəbbüsləri iki xalq arasında intellektual və mədəni körpülərin möhkəmlənməsinə xidmət edir. Bu isə münasibətlərin davamlılığını təmin edən mühüm sosial baza formalaşdırır.

Mədəniyyət sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Sərgilər, mədəni layihələr və birgə tədbirlər vasitəsilə Azərbaycan və İtaliya xalqları bir-birinin tarixi irsi, mədəni dəyərləri və müasir inkişaf tendensiyaları ilə daha yaxından tanış olur. Bu proses qarşılıqlı anlaşmanı gücləndirərək strateji tərəfdaşlığın humanitar ölçüsünü daha da dərinləşdirir.

Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı etimad, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulmuş nümunəvi tərəfdaşlıq modelidir. Tərəflər arasında formalaşmış münasibətlər təkcə iqtisadi faydaya deyil, həm də siyasi sabitliyə, enerji təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığın dərinləşməsinə xidmət edir. Mövcud dinamika yaxın illərdə bu strateji tərəfdaşlığın daha da genişlənəcəyinə və münasibətlərin yeni inkişaf mərhələsinə keçud alaması üçün möhkəm zəmin yaradır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Bənzər Xəbərlər

25.05.2026 - 17:35Ariz Əhədov

Prezident SƏRƏNCAM İMZALADI

25.05.2026 - 17:22Ariz Əhədov

İlham Əliyev Fərman imzaladı

25.05.2026 - 16:50Ariz Əhədov

Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ - Tezliklə...

25.05.2026 - 16:42Ariz Əhədov

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident

25.05.2026 - 16:30Ariz Əhədov

“Hökumətə tapşırıram ki, vəsait tapılsın”

25.05.2026 - 16:18Ariz Əhədov

Prezident müşavirə keçirdi - Fotolar - Yenilənib

25.05.2026 - 11:19Ariz Əhədov

İlham Əliyevi təbrik edirlər - Yenilənir

25.05.2026 - 11:15Ariz Əhədov

Prezident İordaniyanın Kralını təbrik etdi

25.05.2026 - 09:47Ariz Əhədov

Almaz Hacıyeva vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 584

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 223

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 023

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 244
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.