Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “iPhone” işlədənlərə mühüm xəbər – YENİLİK
  • Kamran Əsədovun məhkəməsində hakimdən sual: “Müəllimlərə nə vəd etmişdiniz?”
  • TƏCİLİ! Putin həmin QANUNU İMZALADI – bundan sonra…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Kamran Əsədovun məhkəməsində hakimdən sual: “Müəllimlərə nə vəd etmişdiniz?”

Kamran Əsədovun məhkəməsində hakimdən sual: “Müəllimlərə nə vəd etmişdiniz?"

Gündəm Ariz Əhədov25.05.2026 - 23:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəməsi keçirilib.

Yeniera.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi proses Gündüz Abbasovun ifadəsi davam etdirilib.

Hakim G.Abbasova valideynlərin K.Əsədov tərəfindən göndərilib-göndərilmədiyini, həmçinin avadanlıqların onun ofisindən hansı səbəblə götürülməsini soruşub.

G.Abbsov hakimin sualına aydın cavab verə bilməyib.

Ardınca təqsirləndirilən şəxsə imtahanda tapşırıqların Şəmkir rayonundan xüsusi qurğu ilə cavablandırılması haqda suallar verilib.

G.Abbasov orada bir neçə müəllimin olmadığını deyib.

Hakim ibtidai istintaq dövründə onun və imtahan zamanı Şəmkir rayonundan sualları cavablandıran müəllimlərin ifadələrinin ziddiyyət təşkil etdiyini deyib.

Hakimin “müəllimlərə nə vəd etmişdiniz” sualına G. Abbasov yenə də tam cavab verə bilməyib.

Həmin müəllimlər arasında onun yaxın qohumu, həmçinin, Gəncənin məktəblərində çalışan bir sıra müəllimlərin yer aldığı məlum olub.

Daha sonra K.Əsədov hakimə ifadə verib.

Deyib ki, valideynlərin əksəriyyəti özləri ondan kömək istəyib.

O isə müəyyən məbləğ qarşılığında onları “kömək” etmək üçün G.Abbasova istiqamətləndirib.

Amma pulun ona çatmadığını, G.Abbasova ödəniləcəyini bildirib.

O ifadəsində bildirib ki, hətta avadanlıqların verilməsini də ilk dəfə valideynlərdən öyrənib.

Bütün bunların qarşılığında isə alınan pulları geri qaytardığını vurğulayıb. Pullar qaytarılan zaman özünün ofisdə olmadığını bildirib.

Qeyd edək ki, növbəti məhkəmə iyunun 11-i, saat 15:00-da keçiriləcək (Qafqazinfo).

Bənzər Xəbərlər

26.05.2026 - 00:13Ariz Əhədov

“iPhone” işlədənlərə mühüm xəbər - YENİLİK

25.05.2026 - 23:24Ariz Əhədov

TƏCİLİ! Putin həmin QANUNU İMZALADI - bundan sonra...

25.05.2026 - 23:20Ariz Əhədov

“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb

25.05.2026 - 23:17Ariz Əhədov

Fransız arxeoloqun kəşf etdiyi qədim şəhər — Çorum (FOTOLAR)

25.05.2026 - 22:44Ariz Əhədov

Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi...

25.05.2026 - 22:14Ariz Əhədov

İki idarənin rəisi vəzifələrindən azad olundu

25.05.2026 - 18:10Ariz Əhədov

Mərkəzi Bankda yeni təyinat

25.05.2026 - 17:50Ariz Əhədov

"Qarabağ"ın ulduzu Türkiyə klubunda - RƏSMİ

25.05.2026 - 17:22Ariz Əhədov

İlham Əliyev Fərman imzaladı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 584

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 222

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 022

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 244
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.