Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • FHN əhaliyə müraciət etdi
  • “Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” – MEDİA
  • “Əla İstisu var, özümlə gətirmişəm” – Prezidentlə Pezeşkianın səmimi dialoqu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Media»“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” – MEDİA

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

Media Gülnar Əliyeva31.08.2026 - 20:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir”.

Yeniera.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır:

“Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.

Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir daha adı çəkilən media qurumlarını (“The Independent”, “The Guardian” və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik”.

Bənzər Xəbərlər

31.08.2026 - 20:35Gülnar Əliyeva

FHN əhaliyə müraciət etdi

31.08.2026 - 19:35Gülnar Əliyeva

100 yaşını iş başında qeyd etdi

31.08.2026 - 18:50Gülnar Əliyeva

Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama

31.08.2026 - 18:38Gülnar Əliyeva

Dünya çempionu faciəvi şəkildə öldü - FOTO

31.08.2026 - 18:25Gülnar Əliyeva

Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!

31.08.2026 - 18:12Gülnar Əliyeva

Bakının bu hissəsində su olmayacaq

31.08.2026 - 18:00Gülnar Əliyeva

Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...

31.08.2026 - 17:25Gülnar Əliyeva

O da TƏBİB-dən getdi - Qərar

31.08.2026 - 17:12Gülnar Əliyeva

Fərid Əhmədov onu vəzifəsindən azad etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 941

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 015

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 966

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 770
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.