Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İki daimi nümayəndə geri çağırıldı – Yeni təyinat
  • Prezident ona Şöhrət ordeni verdi
  • Prezidentdən AZCON-la bağlı MÜHÜM FƏRMAN
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maqazin»“Azyaşlı qızımla münasibət yaşayır”: Aktrisanın ATASINDAN İDDİA

"Azyaşlı qızımla münasibət yaşayır": Aktrisanın ATASINDAN İDDİA

Maqazin Gülnar Əliyeva06.08.2026 - 12:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Yeraltı” serialında canlandırdığı Mələk obrazı ilə tanınan 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi qızının onun razılığı olmadan işlədildiyini və serialdakı tərəf müqabili Hakan Çələbi ilə münasibət yaşadığını iddia edərək İstanbul Anadolu Respublika Prokurorluğuna şikayət edib.

Yeniera.az xəbər verir ki, səsləndirilən iddialardan sonra gənc aktrisanın əməkdaşlıq etdiyi OnTalent Menecerlik şirkəti açıqlama yayaraq bütün ittihamları təkzib edib.

“Razılığım olmadan işlədilib”

Jurnalist Birsel Altuntaşın yaydığı məlumata görə, Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi bildirib ki, boşanma prosesində olduğu həyat yoldaşı Kader Çiftçi baş verənlərə etiraz etməyib.

O, prokurorluğa verdiyi ifadəsində qızının OnTalent Menecerlik şirkətində fəaliyyət göstərdiyini, lakin qanuni nümayəndə kimi onun razılığı alınmadan əmək fəaliyyətinə cəlb edildiyini iddia edib.

Ünal Çiftçi menecerlik şirkətinin sahibi Gözdə Yılmaz və aktyor Hakan Çələbidən şikayətçi olduğunu bildirərək, azyaşlı qızının hüquqlarının qorunması üçün lazımi hüquqi tədbirlərin görülməsini tələb edib.

“Qızımdan 10 yaş böyük şəxslə münasibəti olduğunu gördüm”

Atası ifadəsində bunları deyib:

“17 yaşlı Ülkü Hilal Çiftçi adlı qızım var. O, OnTalent Menecerlik şirkətində aktrisa kimi fəaliyyət göstərir. Lakin çəkiliş meydançasında özündən 10 yaş böyük bir şəxslə münasibət yaşadığını qızımın WhatsApp yazışmalarında gördüm və bu vəziyyətdən narahat oldum”.

O, həmçinin bildirib ki, qızının aktyorluq fəaliyyəti ilə bağlı qanuni nümayəndə kimi onun razılığı alınmalı olduğu halda, menecerlik şirkəti bunu etməyib.

Menecerlik şirkəti ittihamları rədd etdi

OnTalent Menecerlik şirkəti sosial şəbəkə hesabında yaydığı açıqlamada iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Şirkət qeyd edib ki, cəmi 17 yaşı olan bir aktrisanın şəxsi həyatı və ailədaxili məsələlərinin ictimai şəkildə müzakirə olunması doğru deyil. Açıqlamada Ülkü Hilal Çiftçinin məxfiliyinin, şəxsi hüquqlarının və “uşağın ali mənafeyi” prinsipinin hər şeydən üstün tutulmasının vacibliyi vurğulanıb.

Şirkət media və sosial şəbəkə istifadəçilərini də eyni həssaslığı göstərməyə çağıraraq, gənc aktrisanın gələcəyinə mənfi təsir göstərə biləcək iddiaların yayılmamasını, artıq dərc olunmuş materialların isə silinməsini xahiş edib.

Açıqlamada həmçinin bildirilib ki, Ülkü Hilal Çiftçinin indiyədək iştirak etdiyi bütün aktyorluq fəaliyyətləri qanuni nümayəndəsinin məlumatı və razılığı əsasında, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.

Şirkət sonda özü haqqında irəli sürülən həqiqətə uyğun olmayan iddialarla bağlı hüquqi addımlar atmaq hüququnu saxladığını, əsas məqsədinin isə bundan sonra da Ülkü Hilal Çiftçinin hüquqlarını və peşəkar gələcəyini qorumaq olduğunu bəyan edib.///Ajans.az

Bənzər Xəbərlər

06.08.2026 - 12:42Gülnar Əliyeva

Özünü David kimi təqdim edən Kazım Abbasov ölkədən qaçdı

06.08.2026 - 11:20Gülnar Əliyeva

Nazir ona yüksək vəzifə verdi - FOTO

06.08.2026 - 04:30Gülnar Əliyeva

Övladın adına keçirilən ev sonradan bölünə bilər? — Açıqlama

06.08.2026 - 04:28Gülnar Əliyeva

6 avqustun ulduz falı — Gəlirli gün olacaq

06.08.2026 - 04:26Gülnar Əliyeva

Oteldə Wi-Fi-yə qoşulanların NƏZƏRİNƏ — XƏBƏRDARLIQ

05.08.2026 - 16:54Gülnar Əliyeva

Nigar Fərhadın əri həbs edildi

05.08.2026 - 12:55Gülnar Əliyeva

Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı

05.08.2026 - 12:43Gülnar Əliyeva

Paşinyan onun işindən narazıdır

05.08.2026 - 12:16Gülnar Əliyeva

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 641

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 814

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 810

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 644
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.