Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü – Bu ölkədə
  • Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! – Sistem kökündən DƏYİŞİR
  • Hava kəskin dəyişir – Sabahla bağlı XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Gündəm Ariz Əhədov14.06.2026 - 13:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda uzun illərdir sürücülərin və sərnişinlərin ən çox şikayət etdiyi problemlərdən biri nəqliyyat sıxlığıdır. Bu problemin həlli istiqamətində hökumət dəyişkən iş qrafikinin tətbiqini nəzərdən keçirir. Dövlət Proqramına əsasən, müxtəlif qurum və müəssisələrin fərqli saatlarda fəaliyyət göstərməsi ilə pik saatlarda yüklənmənin azaldılması hədəflənir.

Dəyişkən iş qrafikinin tətbiqi Bakıda nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər? Bu modelin tətbiqi zamanı hansı çətinliklər yarana bilər və dünya təcrübəsi Azərbaycana nə vəd edir?

Yeniera.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, mobilliyə və nəqliyyat sıxlığının azaldılmasına təsir edəcək əsas amil dövlət proqramının tam şəkildə icra olunmasıdır:

“Bu proqram kifayət qədər geniş sahələri əhatə edir. Buraya dairəvi, radial və əlaqələndirici yolların tikintisi, eləcə də relsli nəqliyyatın inkişafı daxildir. Ən vacib istiqamətlərdən biri metro şəbəkəsinin genişləndirilməsi, gələcəkdə tramvayın şəhərə qaytarılması və şəhərətrafı elektrik qatarlarının inkişafıdır. Şəhərətrafı elektrik qatarları faktiki olaraq yerüstü metro funksiyasını yerinə yetirməlidir və düşünürəm ki, gələcəkdə bu funksiyanı daha effektiv şəkildə daşıyacaq. Hazırda bu nəqliyyat növündən gündəlik istifadə edən sərnişin sayı təxminən 42 min nəfərdirsə, yaxın perspektivdə bu rəqəmin 200 min nəfərə çatdırılması nəzərdə tutulur”.

Ekspert deyib ki, nəzərə almaq lazımdır ki, şəhərətrafı dəmir yolunun 146 illik tarixi var:

“Bu müddət ərzində Bakı və Abşeronda əhali sayı və məskunlaşma əhəmiyyətli dərəcədə artıb. Məsələn, Xırdalan və Sumqayıt böyük yaşayış mərkəzləridir. Abşeron rayonunda təxminən 500 min, Sumqayıtda 360 minə yaxın əhali yaşayır. Binə qəsəbəsində 220 minə yaxın, Maştağada isə 100 minə yaxın əhali var. Bu göstəricilər bəzi respublika tabeli şəhər və rayonların əhalisi ilə müqayisə oluna bilər. Buna görə də şəhərətrafı dəmir yolu əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır”.

R.Ağamirzəyevin sözlərinə görə, qatarların 15-20 dəqiqə intervalla hərəkəti təmin edilməli, onların sayı artırılmalı, rabitə və siqnalizasiya sistemləri tam elektronlaşdırılmalıdır:

“Eyni zamanda iş saatlarının fərqləndirilməsi də müəyyən rol oynaya bilər. Bu addım nəqliyyat yükünü tam aradan qaldırmasa da, gün ərzində daha balanslı paylanmasına kömək edə bilər. Bununla yanaşı, daşıma imkanlarının artırılması da vacibdir. Məsələn, bir metro qatarı təxminən 1500 sərnişin daşıya bildiyi halda, hazırda istifadə olunan şəhərətrafı qatarların tutumu təxminən 500 nəfərdir. Qatarların konfiqurasiyası dəyişdirilərək metro tipli vaqonlardan istifadə olunsa, eyni marşrut və eyni reyslə daha çox sərnişin daşımaq mümkün olar”.

Nəqliyyat ekspertinin fikrincə, sürətin artırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində də addımlar atılmalıdır:

“Dəmir yolunun yaşayış məntəqələrindən keçdiyi ərazilərdə əlavə keçidlər yaradılmalı, çəpərləmə işləri genişləndirilməli, səkilər və piyadaların keçid imkanları yaxşılaşdırılmalı, ərazilərin işıqlandırılması təmin edilməlidir. Stansiyalar isə multimodal nəqliyyat qovşaqları kimi fəaliyyət göstərməlidir. Yəni sərnişinlərin metro, avtobus, dəmir yolu və digər nəqliyyat növləri arasında rahat keçidi təmin olunmalıdır. Nəticə etibarilə vahid bilet sisteminin tətbiqi vacibdir ki, ictimai nəqliyyat həm sürətli, həm də sərfəli olsun”.

Müsahibimiz onu da qeyd edib ki, tıxaclar böyük şəhərlərdə həmişə olub və olacaq:

“Əsas məsələ insanlara alternativlərin təqdim edilməsidir. Daha yumşaq islahatlar sırasında avtobus zolağı şəbəkəsinin təkmilləşdirilməsi, mikromobillik vasitələrinin inkişafı və piyada infrastrukturunun yaxşılaşdırılması dayanır. Təəssüf ki, hazırda səkilərin vəziyyəti bir çox yerlərdə qənaətbəxş deyil. Daha ciddi və uzunmüddətli həll yolu isə investisiya tələb edən layihələrin həyata keçirilməsidir. Dövlət proqramında da əksini tapan bu istiqamətlərə relsli nəqliyyatın inkişafı, avtobus parkının genişləndirilməsi, eləcə də dairəvi, radial və əlaqələndirici yolların tikintisi daxildir. Bununla yanaşı, xidmətlərin elektronlaşdırılması da olduqca vacibdir”.

R.Ağamirzəyev əlavə edib ki, ümumiyyətlə, mobillik məsələsinə “Biz niyə gedirik?” və “Nə ilə gedirik?” sualları prizmasından yanaşmaq lazımdır:

“Nə ilə gedirik?” sualının cavabı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlıdır və bu barədə yuxarıda qeyd etdik. Lakin “Niyə gedirik?” sualı da ən azı onun qədər əhəmiyyətlidir. İnsanlar müxtəlif xidmətlərdən yararlanmaq, müraciətlər etmək və gündəlik ehtiyaclarını qarşılamaq üçün hərəkət edirlər. Rəqəmsal xidmətlərin genişləndirilməsi bu ehtiyacdan irəli gələn səfərlərin sayını azaltmağa kömək edə bilər. İnsanlar evdən və ya iş yerindən çıxmadan müxtəlif xidmətlərə çıxış əldə edə bilməlidirlər. Elektron müraciət və onlayn xidmətlərin sayının artırılması nəqliyyat sıxlığına birbaşa təsir göstərə, həmçinin vətəndaşların vaxtından daha səmərəli istifadə etməsinə şərait yarada bilər. Əgər xidmətlər rəqəmsal formada əlçatan deyilsə və insanlar hər bir məsələ üçün fiziki olaraq müxtəlif ünvanlara getməyə məcbur qalırlarsa, nəqliyyat sıxlığı da davam edəcək. Buna görə də xidmətlərin elektronlaşdırılması nəqliyyat problemlərinin həllində mühüm istiqamətlərdən biri hesab olunmalıdır”.

Bənzər Xəbərlər

14.06.2026 - 14:30Ariz Əhədov

Qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü - Bu ölkədə

14.06.2026 - 14:15Ariz Əhədov

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! - Sistem kökündən DƏYİŞİR

14.06.2026 - 13:55Ariz Əhədov

Hava kəskin dəyişir - Sabahla bağlı XƏBƏRDARLIQ

14.06.2026 - 00:20Ariz Əhədov

Hidayət Orucov vəfat etdi - FOTO

14.06.2026 - 00:18Ariz Əhədov

Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

13.06.2026 - 23:53Ariz Əhədov

İranla sülh imzalanır - Tramp DƏQİQ TARİXİ açıqladı

13.06.2026 - 23:51Ariz Əhədov

Elvin Cəfərquliyevdən "Qarabağ"la bağlı ŞOK QƏRAR! 

13.06.2026 - 21:31Ariz Əhədov

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

13.06.2026 - 21:06Ariz Əhədov

Ərdoğan ŞAD XƏBƏRİ verdi - 2030-cu ilə qədər...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 755

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 058

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:154. 743
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.