Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunun Beşevler məhəlləsində dəhşətli ailə faciəsi baş verib.
Yeniera.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçi olan M.G. qayınatasının evinə silahlı basqın edib. O, hələlik məlum olmayan səbəbdən evdə olan qayınanası, qaynı, baldızı və həyat yoldaşını odlu silahla qətlə yetirib.
Hadisədən sonra o özünə qəsd etməyə cəhd göstərib. Ağır yaralanan şəxs xəstəxanaya çatdırılıb.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı hərtərəfli araşdırmalara və istintaq hərəkətlərinə başlanılıb.

