• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

10 Dekabr, 25 / 12:30
A A
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

Konstitusiya və Suverenlik İli çərçivəsində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə Yeniera.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, açılış nitqi ilə çıxış edən şuranın sədri, Baş prokuror Kamran Əliyev bildirib ki, Konstitusiya dövlətin suverenliyini, idarəçilik sisteminin sabitliyini və cəmiyyətin hüquqi inkişaf prinsiplərini müəyyən edən əsas sənəddir.

Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi üzərində qurulub. Ulu öndərin müəyyən etdiyi dövlətçilik xəttini bu gün yüksək səviyyədə və böyük siyasi iradə ilə davam etdirən Prezident İlham Əliyevdir.

Çıxışda, həmçinin, qeyd olunub ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətin hüquqi maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sosial rifahın yüksəldilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

İclasda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov “Azərbaycan Konstitusiyasında dövlət suverenliyi prinsipinin hüquqi əsasları”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları”, Milli Məclisin deputatı Kamal Cəfərov “Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli”, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri, prokurorluğun veteranı Tahir Kazımov “Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişikliklərin edilməsinin zərurəti”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova “Dövlət hesabına müdafiənin həyata keçirilməsi zamanı mövcud problemlər”, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev isə “Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” mövzusunda çıxış ediblər.

Tədbir zamanı prokurorluğun elmi-tədqiqat və metodiki fəaliyyətinə dair yeni nəşrlər və elektron resurslar da təqdim olunub.

Belə ki, Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev “Prokurorluq orglarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində ölkədaxili əməkdaşlıq təcrübəsi” adlı vəsaiti, Mərkəzin şöbə rəisi Nigar Qələndərli “Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi” jurnalını, Mərkəzin şöbə prokuroru Fərizə Mirzəyeva “Qlobal ədalətə doğru: Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Prokurorluğu” kitabını, Baş Prokurorluğun idarə prokuroru Mahmud Mehdiyev “Kriptovalyutanın aşkarlanması, izlənməsi və müsadirəsi”, Mərkəzin şöbə prokuroru Rəşad Qasımov isə mənimsəmə və qulluq mənafeyi əleyhinə cinayətlər üzrə metodiki vəsaiti təqdim edib, eləcə də Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova Elektron Prokurorluq İnformasiya Sistemində yaradılmış (EPİS) “Hüquqi müzakirələr və təkliflər forumu” modulunun funksionallığı barədə məlumat verib.

İclas çərçivəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” münasibətilə ali təhsil müəssisələri arasında keçirilən “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında “Nominasiyalar” üzrə fərqlənmiş tələbələrin mükafatlandırılması mərasimi təşkil edilib və qaliblərə mükafatlar Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Yağışlı hava sabah da davam edəcək - PROQNOZ

XƏBƏR LENTİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

Yağışlı hava sabah da davam edəcək - PROQNOZ

Əli Əsədov qərar imzaladı

Nobel Sülh Mükafatını Maçadonun qızı alacaq

“Azturk Holdinq” Fuçjoda yeni AI Mərkəzini açdı – FOTO

İlham Əliyev Ksaba Leykonu qəbul edib - FOTO

Maaşlar, iş saatları, məzuniyyətlər dəyişir? – Yeni Əmək Məcəlləsi hazırlanır

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Hərbi təyyarə QƏZAYA UĞRADI: Bütün üzvləri HƏLAK OLDU- Bu ölkədə

Kamboca Tailanda raket zərbəsi endirib

FHN əhaliyə müraciət etdi

Astarada iki balıqçı itkin düşüb

Nazir müavininə ağır itki

Bakıda reabilitasiya mərkəzində 43 yaşlı kişi ölüb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tramp Ağ Evdə qapalı iclas keçirəcək

Şəmsəddin Ədilov VƏFAT ETDİ

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağır - FAKTİKİ HAVA

"Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.