Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
İdman

“Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək

“Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

Yeniera.az xəbər verir ki, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.

Paylaş: