Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniera.az xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı kollektora düşüb.
Nəticədə 1972-ci il təvəllüdlü Əliyev Şəfa Süleyman oğlu hadisə yerində ölüb.
Qəza zamanı onun oğlu, 1997-ci il təvəllüdlü Əliyev Əlizamin Şəfa oğlu, həmçinin 1988-ci il təvəllüdlü Həsənov Həsən Əbilqasım oğlu və 1979-cu il təvəllüdlü Məmmədov Zəfər Gülmirzə oğlu ağır xəsarət alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Beyləqanda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) 31.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
///Qafqazinfo
